"Mançester Yunayted" onu gələn ay satmaq istəyir
14 dekabr 2024 16:51 (UTC +04:00)

"Mançester Yunayted" onu gələn ay satmaq istəyir

"Mançester Yunayted"in yarımmüdafiəçisi Kristian Eriksen gələn ay komandanı tərk edə bilər.

Lent.az xarici mediaya istinadla bildirir ki, futbolçu müqaviləsi başa çatdıqdan sonra yayda “Mançester Yunayted”dən ayrılmağa hazırlaşır. Eyni zamanda klub onun yanvarda getməsinə etiraz etməyəcək.

Təbii ki, onun transferi üçün kimsə uyğun təklif etsə, gedə bilər.

Cari mövsümdə Eriksen 14 oyunda meydana çıxaraq, 4 qol vurub və 3 məhsuldar ötürmə verib.

Qeyd edək ki, bir gün əvvəl "Yunayted"in yerli çempionatdan gənc paraqvaylı müdafiəçi ilə müqavilə imzaladığı barədə məlumat yayılmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 534
avatar

Oxşar yazılar