İngiltərə klubunun 15 yaşlı qapıçısı  xərçəng xəstəliyindən öldü
14 dekabr 2024 19:35 (UTC +04:00)

İngiltərə klubunun 15 yaşlı qapıçısı xərçəng xəstəliyindən öldü

İngiltərənin "Vest Hem" klubunun akademiyasının 15 yaşlı futbolçusu Oskar Fairs xərçəng xəstəliyindən ölüb.

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə klubun rəsmi səhifəsi məlumat yayıb:

““Vest Hem” böyük kədərlə xərçənglə cəsarətli mübarizə apardıqdan sonra 15 yaşadək olan qapıçımız Oskar Fairsin faciəli şəkildə vəfat etdiyini elan edir. Klubun bütün üzvlərinin fikirləri və səmimi başsağlığı Oskarın valideynləri və qardaşı Harri ilədir. Bu son dərəcə çətin dövrdə ailənin şəxsi həyatına hörmətlə yanaşmağı xahiş edirik. Rahat yat, cəsarətli Oskar”.

2023-cü ilin avqustunda Fairsə ependimoma diaqnozu qoyulub. Futbolçu daha əvvəl ürək döyüntüsünün artması, bədənin sağ nahiyəsində zəiflik, baş ağrıları və ürəkbulanma hiss etsə də, əvvəlcə ona psixi problemlər və miqren diaqnozu qoyulub. Futbolçunun vəziyyəti getdikcə pisləşib, bundan sonra MRT çəkilib, nəticədə beynin sol tərəfində 9 sm-lik şiş aşkarlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 447
avatar

Oxşar yazılar