Qəbul imtahanları Şəkidə də keçirilə bilər
28 fevral 2011 12:13 (UTC +04:00)

Qəbul imtahanları Şəkidə də keçirilə bilər

Lent.az-ın məlumatına görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bildirib.

O qeyd edib ki, ali məktəblərə qəbul imtahanları Bakı, Gəncə, Sumqayıt və Naxçıvanda bütün qruplar, Lənkəranda isə bir qrup üzrə keçiriləcək. M.Abbaszadənin sözlərinə görə, hazırda Şəkidə də imtahanların keçirilmə məsələsi müzakirə olunur: “Şəkidə bir qrup üzrə imtahanın təşkilinə dair yekun qərar zona müşavirələri başa çatdıqdan sonra aparılacaq müzakirələrin nəticəsindən asılı olacaq”.

Bununla belə, komissiya sədri bildirib ki, artıq Bakı, Gəncə, Sumqayıt, Naxçıvanda bütün qruplar, Lənkəranda isə bir qrup üzrə imtahanın keçiriləcəyi artıq dəqiqləşdirilib. Şəkidə isə bir qrup üzrə imtahanın təşkili yaxın vaxtlarda bəlli olacaq və bu barədə abituriyentlərə məlumat veriləcək.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 649

Oxşar yazılar