“QuestNet”in Azərbaycan Nümayəndəliyi xəbərdarlıq yayıb
11 sentyabr 2009 17:00 (UTC +04:00)

“QuestNet”in Azərbaycan Nümayəndəliyi xəbərdarlıq yayıb

QuestNet Ltd. Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi müştərilərlə işin daha səmərəli qurulması və onların hüquqlarının qorunmasını təmin etmək üçün müştərilərinə və bütün ictimaiyyətə xəbərdarlıq edib.

Nümayəndəlikdən Lent.az-a verilən məlumata görə, bu barədə yayılmış sənəddə bildirilir ki, QuestNet Ltd. şirkətinin marketinq strategiyası dünyada qəbul olunmuş internet üstündən birbaşa alıcıya eksklüziv məhsulların satışını həyata keçirməkdir.

İstehlakçılarda yanlış təsəvvürlərin yaranmaması üçün bir daha qeyd olunur ki, bu şirkət elektron ticarət platformasında yalnız məhsul və xidmətlər təklif edir: “Hər bir alıcı şirkətin rəsmi veb-saytında açıq elektron (internet) mağazaya daxil olaraq istədiyi məhsulu və ya xidməti seçir, sifariş etdiyi məhsulun və ya xidmətin pulunu şirkətin hesabına ödəyir və bundan sonra sifariş etdiyi məhsul şirkət tərəfindən onun ünvanına göndərilir. Şirkətin məhsulunu almaq və ya xidmətindən istifadə etmək, bu şirkətdə, onun ayrı-ayrı ofislərində və ya nümayəndəlikdə işə düzəlmək kimi başa düşülməməlidir. Nümayəndəlik və ya distribüterlər məhsulların satışı ilə məşğul olmurlar. Bizim vəzifəmiz şirkətin məhsullarının və xidmətlərinin təşviqinin qanunauyğun aparılmasının təşkili, distribüterlərin və Azad Nümayəndələrin şirkətin biznes qaydalarına və etik normalarına riyaət etməsinə nəzarət etməkdir”.

Bildirilir ki, Nümayəndəlik indiyə qədər Bakı şəhərində 10 fiziki şəxslə distribüter müqaviləsi bağlayıb və yuxarıda göstərilən fəaliyyət yalnız distribüterlər vasitəsilə həyata keçirilir: “QuestNet Ltd.nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə distribüter müqaviləsi olmayan hər hansı şəxsin izahlarına, təbliğat və təşviqat xarakterli fikirlərinə görə Şirkət və Nümayəndəlik məsuliyyət daşımır və istehlakçılara tövsiyə olunur ki, belə şəxslərin hər hansı şirnikləndirici vədlərinə, təkliflərinə inanmasınlar”.

QuestNet Ltd.nin məhsul satışı və ya xidmət təklifi ilə bağlı hər hansı şəxsin izahlarına dair anlaşılmazlıq olarsa, istehlakçılardan Nümayəndəliyə müraciət etmələri xahiş olunur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 993

Oxşar yazılar