Peşə məktəblərinin rəhbərləri toplandı
Onlar bir araya gələrək peşə təhsilinin vəziyyətini müzakirə edirlər
Bu gün Bakıda respublika peşə təhsili işçilərinin sentyabr konfransı başlayıb. keçiriləcək. Peşə təhsilinin problemlərinə həsr olunmuş konfransda əsas iştirakçılar bu təhsil müəssisələri rəhbərləridir.
Lent.az-ın məlumatına görə, 7 saylı Bakı Peşə Liseyində keçirilən konfransda təhsil naziri Misir Mərdanov da iştirak edir. Konfransda “Azərbaycan Respublikasına texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)”nın icra vəziyyəti, peşə məktəbi və peşə liseylərində bazar iqtisadiyyatının tələblərinə uyğun kadr hazırlığının şəraiti, onun yaxşılaşdırılması məsələləri müzakirə olunur.
Xatırladaq ki, dünən prezident İlham Əliyev “Texniki peşə məktəblərinin maddi-texniki bazasının gücləndirilməsi ilə əlaqədar tədbirlər barədə” sərəncam imzalayıb. Sərəncama əsasən, 2009-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin Ehtiyat Fondundan Təhsil Nazirliyinə 2 milyon manat məbləğində vəsait ayrılıb.
Elxan SALAHOV

738