Nobelin kötücəsi Azərbaycana gələcək
İlk rəqəmsal sərgi “Əsrin Müqaviləsi” və “Nobellər və Bakı nefti” kitabına həsr olunub
Sentyabrın 15-də Muzey Mərkəzində “Əsrin Müqaviləsi”nin 15 illiyinə və Nobel qardaşlarının Azərbaycandakı rəsmi fəaliyyətinin 130 illiyinə həsr olunmuş foto-sənədli, bədii və rəqəmsal sərgi və “Nobel və Bakı nefti” kitabının təqdimat mərasimi keçiriləcək.
Lent.az-ın Mədəniyyət VƏ Turizm Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, layihənin təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, StatoilHydro Abşeron və Azərbaycan Respublikası Dövlət Neft Şirkətidir.
Sərginin və kitabın təqdimatında Nobellər Ailəsi Cəmiyyətinin sədr müavini, Lüdviq Nobelin kötücəsi Günnar Liljequist (İsveç), mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, ARDNŞ-in prezidenti Rövnəq Abdullayev çıxış edəcəklər.
“Nobellər və Bakı nefti” kitabı Nobel qardaşlarının Rusiya imperiyasında və xüsusən Azərbaycandakı fəaliyyətinə həsr olunub. Kitabda Nobellərin ailə şəcərəsi, onların XIX əsrin 30-60- cı illərində Rusiyada, 1874-cü ildən 1920-ci ilə qədər Azərbaycanda və ilk növbədə Bakı neft rayonunda fəaliyyəti əksini tapıb.
Bu sərgini digər sərgilərdən fərqləndirən cəhət onun Azərbaycanda ilk dəfə olaraq müxtəlif interaktiv oyunlarla zəngin olan rəqəmsal versiyasının nümayişidir ki, bu da müasir dövrdə hazırlanan sərgilərin artıq ənənəvi şəkillə bərabər müasir texnologiya ilə vəhdət təşkil etməsini göstərəcək. Sərgiyə gələnlər Nobellər ailəsi və onların fəaliyyətləri ilə bağlı hər hansı bir məlumatı müasir texnologiyalar vasitəsi ilə əldə edə biləcəklər.

Oxşar yazılar

22 aprel - ayın son pul günüdür: Oxuyun və sahib olduğunuz hər şeyi artırın
22 aprel 2025 , 18:39
Qarabağa qayıdan sakinlərə "kupça" niyə verilmir? - CAVAB
22 aprel 2025 , 16:49Meteohəssas insanlar üçün sabahın PROQNOZU
22 aprel 2025 , 15:38
Sahibə Qafarovadan Səyyad Arana İRAD: "Siz nə danışırsınız?"
22 aprel 2025 , 14:10
Tanınmış jurnalist vəfat etdi
22 aprel 2025 , 13:04
Sabah 29 dərəcə isti olacaq, axşam yağış yağacaq - Hava PROQNOZU
22 aprel 2025 , 12:10
Bakının bir sıra yollarında təmir gedir - FOTO
22 aprel 2025 , 10:53