Rəhim Qazıyevə DİN yetkililəri ilə görüşəcək
“Cəmi 75 manat təqaüd alıram”
Neftçalanın Abbasalı kəndində sabiq müdafiə naziri Rəhim Qazıyevlə birgə iş qurmaq istəyən şəxslərdən daha biri problemə üzləşib. Bu barədə Lent.az-a R.Qazıyev özü məlumat verib. Sabiq nazirin sözlərinə görə, bu gün kənddə onun traktorunun son təmir işlərini görən traktorçu hədələnib: “Neftçala rayon Polis Şöbəsinin Cinayət-Axtarış bölməsinin Yunus adlı işçisi və sahə müvəkkili İlqar traktorçunu kənara çəkib, hədə gəliblər. Ona deyiblər ki, Rəhim Qazıyev buradan getməlidir, öz başını bəlaya salma. O da fəhlə oğlandır. Qaçıb çıxıb gedib”.
R.Qazıyev bu gün Prezident Adminstrasiyasının “Qəbul otağı”na getdiyini bildirib: “Məni orada Nailə adlı bir xanım hörmətlə, mədəniyyətlə qəbul etdi, danışdıq. Sonra isə şöbə müdiri Fuad Ələsgərovun köməkçisi Gülnar xanıma zəng vuruldu. Nəticədə mənə deyildi ki, Daxili İşlər Nazirliyindən məni bir səlahiyyətli şəxs qəbul etməlidir. Bu gün mən Prezident Adminstarsiyasının rəhbəri Ramiz Mehdiyevin köməkçisi ilə də danışmışam. Prezidentə isə dünən artıq ikinci məktubu göndərdim. Mən başa düşə bilmirəm ki, Rza Hacıyev (Neftçala Polis Şöbəsinə yenicə rəis olunmuş şəxs nəzərdə tutulur – Lent.az) necə olur ki, at oynadır? Mən hazırda problemdən çıxış yolu tapa bilmirəm. Vaxtilə müdafiə naziri, baş nazirin müavini, Milli Məclisin deputatı olmağıma baxmayaraq, cəmi 75 manat təqaüd alıram. Bu qədər az pulla dolanmaq olar?”.
Pərvin ABBASOV

Oxşar yazılar

Sabah 29 dərəcə isti olacaq, axşam yağış yağacaq - Hava PROQNOZU
22 aprel 2025 , 12:10
Bakının bir sıra yollarında təmir gedir - FOTO
22 aprel 2025 , 10:53
Niyə maaşın 10 faizini yığmaq olmaz? - Təhlükəli maliyyə mifi
22 aprel 2025 , 10:42
Bu gün 3 rayonun işığı kəsiləcək
22 aprel 2025 , 09:19
Bakının iki rayonu qazsız qalacaq
22 aprel 2025 , 09:11
Üç BÜRC tezliklə pis xəbər alacaq
22 aprel 2025 , 09:09
Bakıda bu yollarda tıxac var - SİYAHI
22 aprel 2025 , 08:19