Rəhim Qazıyevin Neftçalada birgə fermer təsərrüfatı yaratmaq niyyəti əngəllə üzləşib
Fermer təsərrüfatının traktorlarını təmir edən Arzuman Məlikovu polis sorğu-suala çəkib
Neftçalanın Abbasallı kəndində əmisi oğlu və dostu ilə birgə fermer təsərrüfatı yaratmaq istəyən sabiq müdafiə naziri Rəhim Qazıyev və onların köhnə traktorlarını təmir edən Arzuman Məlikov problemlə üzləşib.
Rəhim Qazıyev Lent.az-a açıqlamasında bildirib ki, bir aydır ki, Neftçalaya gəlib-gedir. Əsas işi də iki köhnə traktorun təmiri ilə bağlı olub.
Rəhim Qazıyev nəzərə çatdırdı ki, əmisi oğlunun əvvəllər müəssisəsi olub, indi əmisi oğlu onu özəlləşdirib. Müəssisənin özəlləşmə sənədi olsa da, müəssisənin traktoru köhnə sənədlədir. Digər traktor isə rəsmən dostunun adınadır. Bu iki köhnə traktor dostunun qohumu, eyni zamanda traktor təmirçisi olan Arzuman Məlikovun həyətindədir. Rəhim Qazıyev traktorların təmiri üçün lazım olan ehtiyat hissələrini alaraq Arzumana verib.
Sabiq müdafiə naziri dedi ki, dünən Arzumanı Neftçala Rayon Polis İdarəsinə çağırıblar. Ondan Rəhim Qazıyevin nə üçün rayona gəldiyini soruşublar. Arzuman da Rəhim Qazıyevin traktor təmiri üçün gəldiyini söyləyib. Xeyli sorğu-sualdan sonra Arzuman buraxılıb.
Arzuman Polis İdarəsindən çıxandan sonra zəng edərək, məsələni Rəhim Qazıyevə danışıb. Rəhim Qazıyev da Neftçalaya yola düşüb, dünən günorta saatlarında rayona çatıb. Polis İdarəsində onu rəis müavini Duktar Sultanov qəbul edib. Duktar Sultanov sabiq müdafiə nazirinə onun rayona gəlib-getməsi barədə məlumat aldıqlarını, məsələni araşdırdıqlarını və artıq heç bir problem olmadığını deyib.
Rəhim Qazıyev rəis müavininə evinin telefon nömrəsini verdiyini, hər hansı məsələ ortaya çıxarsa, məhz ona zəng etməyi xahiş edib. Bu gün də Neftçaladan Bakıya gəlmək istəyib. Ancaq Abbasallı kəndindən çıxarkən yenidən polis işçilərinin Arzuman Məlikovun arxasınca gəldiklərini görüb.
Rəhim Qazıyevi Polis İdarəsinə buraxmayıblar. Bir müddətdən sonra Arzuman buraxılıb: “Arzumana Polis İdarəsində deyiblər ki, get, Rəhim Qazıyevə de ki, traktorlarını da götürsün, bir də bu rayona, bu zonaya gəlməsin. Arzumanın özünə də deyiblər ki, bu sözü çatdırandan sonra yenə Polis İdarəsinə gəl”.
Rəhim Qazıyev məsələ ilə bağlı Neftçala Rayon İcra Hakimiyyətində də olduğunu, ancaq icra başçısının onu qəbul etmədiyini vurğuladı.
Arzuman Məlikov da Lent.az-a açıqlamasında sabiq müdafiə nazirinin söylədiklərini təsdiqlədi: “Mənə deyiblər ki, Rəhim Qazıyevə rayondan çıxması, bir daha bura qayıtmaması ilə bağlı sözü çatdırandan sonra Polis İdarəsinə qayıdım. Hazırda Rəhim Qazıyevin yanındayam”.
Məsələ ilə bağlı Neftçala Polis İdarəsi ilə əlaqə saxladıq. Növbətçi bildirdi ki, hazırda Polis İdarəsində suallarımızı cavablandıracaq heç bir şəxs, o cümlədən rəis və rəis müavini yoxdur.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov Lent.az-a açıqlamasında olayla bağlı, o cümlədən Arzuman Məlikovun Neftçala Polis İdarəsinə çağırılması ilə əlaqədar məlumatının olmadığını bildirdi.

1116