118 yaşlı kişi uzunömürlülüyünün sirlərini açıqladı
04 iyul 2009 13:00 (UTC +04:00)

118 yaşlı kişi uzunömürlülüyünün sirlərini açıqladı

15 övladı 102 nəvəsi olan Abbas baba Türkiyə-Ermənistan-Azərbaycan münasibətlərindən danışdı

İqdır vilayətində iki arvadından 3-ü qız olmaqla 15 övlad və 102 nəvə sahibi olan Abbas Qoca 118-ci yaşını qeyd edib.

Lent.az-ın “haberaktuel.com”-a istinadən verdiyi məlumata görə, sənədlərində 1 iyul 1891-ci ildə dünyaya gəldiyi qeyd olunan Abbas kişi 1 əsrdən çox müddəti geridə qoymasına baxmayaraq, çox qıvraq görünür.

İndiyə qədər heç bir həkimə getmədiyini deyən Abbas Qoca siqaret çəkmədiyini, çay içmədiyini, daima süd, pendir, qaymaq, qatıq və baldan istifadə etdiyini bildirib.
Abbas baba uzunömürlülüyün və sağlamlığının əsas sirrinin isə həyatdakı sıxıntıları böyütməməkdən gəldiyini vurğulayıb.

O, ilk arvadı Tellini 51 il öncə itirəndən sonra hazırda 67 yaşı olan Zərifə ilə xoşbəxt həyat sürür. Abbas babanın ən böyük oğlu Əhməd İbrahim Qocanın 86 yaşı var.
Ancaq oğlundan da gənc görünən qəhrəmanımız İqdır Ovalığından ermənilərə qarşı vuruşmasını da sanki bu hadisələr dünən olubmuş kimi, xatırlayır. O, ermənilərin türklərə qarşı törətdiyi qətliamı İsrailin Fələstinə qarşı etdiyi zülm kimi dəyərləndirir.

O, Türkiyə ilə Ermənistan arasındakı sərhəd qapılarının açılması üçün bu ölkənin Azərbaycanla barışmasının zəruriliyini deyib. "Onların (ermənilərin – red.) biz türklərdən üzr istəməsi lazımdır. Mənim qardaşım da həmin vaxtlar İqdırın Suveren bölgəsində ermənilər tərəfindən şəhid oldu”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1069

Oxşar yazılar