MTRŞ əlavə səlahiyyətlər istəyir – MÜSAHİBƏ
Azərbaycan Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmlinin APA-ya müsahibəsi
- 2011-ci il üçün MTRŞ-nın Azərbaycanın efir məkanı ilə bağlı hansı planları var?
- Plan çoxdur. Biz telekanallara lisenziyaların verilməsinə 2005-ci ildən başlamışıq. İndi isə 2011-ci ildir, yəni kanalların çoxunun lisenziya müddəti bitib. Bu il onların lisenziya müddətinin uzadılması məsələsinə baxılacaq. Bu kanalların sayı təxminən 15-ə yaxındır. Onların arasında regional kanallar, kabel televiziyaları və respublika yayımçıları var. Bundan başqa, çalışacağıq ki, Azərbaycanın efir məkanında yeniliklər olsun. Ən azı xalqımızın milli-mənəvi dəyərlərinə uyğun verilişlərinin sayı artsın. Bu sahədə “Mədəniyyət” kanalına ümidlərimiz çoxdur. Özəl kanallarda daha çox maarifçilik verilişlərinin olmasını istəyirik. Özəl kanallarda reytinq dalınca qaçmaq üçün ucuz əyləncə xarakterli verilişlərə üstünlük verirlər. Bəzən müasirlik adı altında Avropa üçün xarakterik olan layihələri Azərbaycanda aşağı səviyyədə təqdim edirlər. Azərbaycan kimi kiçik, İslam adət-ənənələrinin hökm sürdüyü ölkədə uyğun olmayan verilişlər yayımlayırlar. Bəzən müasirlik adı altında əhalinin xarakterinə uyğun olmayan mövzuları ictimai mövzu kimi təqdim edirlər. Bu baxımdan televiziya kanallarının üzərinə məsuliyyət düşür. Bundan başqa, Azərbaycan xalqı və dövlətçiliyi ilə bağlı verilişlərinin sayının artmasını, Azərbaycan dilində səlis danışa bilən aparıcıların olmasını istəyirik. Bu məsələlərə diqqət ayrılacaq.
- Ola bilərmi ki, lisenziya müddəti başa çatmış kanallar üçün bu müddət uzadılmasın?
- Təbii ki, ola bilər. Lisenziya ona görə 6 ildən bir verilir ki, həmin kanalın fəaliyyətinə baxılsın. Əgər həmin kanalların fəaliyyətində qanun pozuntusu olmayıbsa, təbii ki, bu müddət uzadılacaq. Əgər qanun pozuntusu olubsa, prosedur qaydalar pozulubsa, müddət uzadılmayacaq. Qanuna görə, lisenziya müddəti bitmiş kanal 6 ay öncədən müddətin uzadılması ilə bağlı müraciət etməlidir. Bunu etməsələr, bu, qanun pozuntusu hesab olunur. Yəni bu o deməkdir ki, onlar lisenziyanın müddətinin uzadılmasını istəmirlər. Televiziya kanallarının, radiostansiya rəhbərlərinin çoxunun bu məsələdən xəbəri yoxdur.
- Lisenziya müddəti bitmiş kanalların fəaliyyətini necə qiymətləndirirsiniz?
- Onların fəaliyyətini daha çox ictimaiyyət qiymətləndirir. Əgər onlar indiyə qədər fəaliyyət göstəriblərsə, deməli, fəaliyyətləri qanunvericiliyə uyğun olub. Əks halda, biz tədbir görərdik.
- İl ərzində Şura kanallarda milli-mənəvi dəyərlərlə bağlı monitorinqlər aparacaq?
- Monitorinqlər davamlı şəkildə aparılır. Bu monitorinqlərin nəticələri bizi narahat etdiyinə görə MTRŞ Azərbaycan prezidentinə müraciət edib ki, bu məsələdə bizə yardım etsin. MTRŞ-ya bəzi səlahiyyətlərin verilməsi ilə bağlı məsələyə baxılmasını, eləcə də digər məsələlərin həll olunmasını xahiş etmişik. Müraciəti dekabrın sonunda ötən ilin nəticələrinə uyğun hazırlamışdıq, yanvarın əvvəlində isə göndərmişik.
- Səlahiyyətlərinizin artırılmasını istəyirsiniz?
- Bu, çox böyük səslənir. Təəssüf ki, mətbuatda da bəzi şəxslər bu cür yazır. Bəzi verilişlər ictimaiyyətin haqlı narazılığına səbəb olur. Bu verilişlərin qısa müddətə dayandırılması təcrübəsi xarici ölkələrdə geniş yayılıb. Ən azı qonşu Türkiyədə belədir. Bu səlahiyyətin bizə verilməsini, qanunvericiliyin dəyişilməsini istəyirik. Çünki belə olarsa, digər kanallar da bundan nəticə çıxarar.
- Prezidentə müraciətdə daha hansı detallar əksini tapıb?
- Azərbaycanın teleradio məkanındakı mövcud vəziyyət təhlil olunub, narahatlıq doğuran məqamlar diqqətə çatdırılıb.
- Son vaxtlar ATV-də müəyyən verilişlər bağlanıb. Şuranın bu məsələyə hər hansı təsiri olubmu?
- MTRŞ telekanalın yaradıcılıq işlərinə qarışmır. Amma Şura teleradio sahəsində nizamlayıcı orqan kimi özəl kanallardakı verilişlərin keyfiyyətindən çox narazıdır. Ona görə də biz kanallara dəfələrlə tövsiyələr vermişik ki, milli-mənəvi dəyərlərə uyğun verilişlər yayımlasınlar. Azərbaycan xalqına yad olan elementlərdən uzaq olsunlar. Belə hallar əhali tərəfindən çox narazılıqla qarşılanır.
- Bildirmişdiniz ki, parlament seçkilərinə qədər Azərbaycanda yeni regional kanal açılacaq. Lakin bu baş vermədi...
- Bu, tək bizdən asılı olan məsələ deyil. Prezidentə müraciətimizdə regional kanallara birbaşa yardım edilməsini də xahiş etmişik. Regionlarda reklam bazarı paytaxtla müqayisədə çox aşağıdır. Regionlarda televiziya kanalının fəaliyyət göstərməsi üçün reklam bazarı, kadr potensialı olmalıdır. Biz istəyirdik ki, bir neçə bölgədə də televiziya kanalları açaq. Lakin həmin kanalın yüksək səviyyədə fəaliyyət göstərə bilmə ehtimalının azlığı bizi bu fikirdən daşındırdı. Tələskənliyə yol vermək lazım deyil.
- MTRŞ-nın 103.3-cü tezlik resursu üçün elan etdiyi müsabiqənin qalibi nə vaxt elan olunacaq?
- Yanvar ayının 25-nə qədər bu məsələni həll edəcəyik.
- Bəs “Mədəniyyət” kanalı nə vaxt fəaliyyət başlayacaq?
- Yəqin ki, fevral-mart aylarında “Mədəniyyət” kanalının açılışı olacaq.

604