“525-ci qəzet” 18 yaşında
Bunu APA-ya açıqlamasında bu gün 18 yaşını qeyd edən “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid deyib. R. Məcid qəzetin 1992-ci ildə - Azərbaycanın yeni müstəqillik əldə etdiyi vaxtlarda fəaliyyətə başladığını xatırladıb: “Azərbaycanın yeni müstəqillik qazanmışdı, SSRİ dövründən fərqli olaraq qəzet nəşr etdirmək sadələşmişdi və KİV haqqında yeni qanun qüvvəyə minmişdi. Orijinal olsun deyə, qəzetin dövlət qeydiyyatı nömrəsini qəzetin adı kimi qəbul etdik. Qəzet isə 1992-ci ildə noyabrın 17-də işıq üzü gördü. Həmin gün də “Azadlıq” meydanında mitinq keçirilirdi. Qəzetin ilk nüsxələrini də həmin mitinqdə payladıq”.
Qəzetin 18 illik fəaliyyəti dövrünə nəzər salan R. Məcid onu da qeyd edib ki, bu mətbuat orqanı siyasi cəbhələşmədən yayınaraq, ümummilli qəzetə çevrilməyi bacarıb: “Azərbaycanda mətbuat vasitələri müstəqilliyimizin ilk illərindən iqtidar-müxalifət cəbhəsinə bölündü. Sonradan dünya təcrübəsi ilə tanış olduqda, bunun absurd bir məsələ olduğunu anladıq. “525-ci qəzet”in siyasi xəttini ortaq bir nöqtəyə gətirərək, ümummilli qəzet olmaq istiqamətində addımlar atmağa başladıq. Düşünürdük ki, bu cür qəzetə ölkədə ehtiyac var. Ümumi siyasətimiz belə oldu ki, qəzetimiz istənilən siyasi şəxs üçün çəkinəcəkli, qorxulu yer olmasın. 1997-ci ildən bu istiqamətdə fəaliyyət başladıq. Əlbəttə, kənar təsirlər oldu, ancaq qəzet kollektivi çalışır ki, müstəqilliyini saxlasın”.
R. Məcid “525-ci qəzet”də ədəbiyyata da həmişə yer ayrıldığını bildirib: “Ədəbiyyata əslində ilk illərdən üstünlük verməyə başlamışıq. Çünki o zaman Azərbaycanda ədəbi jurnallar və nəşrlərin fəaliyyəti dayanmışdı. Bir sıra qəzetlər isə ümumiyyətlə ədəbiyyat nümunələri çap eləmirdi. Fikrimcə, ədəbiyyat materiallarını çap etməklə daha geniş ziyalı təbəqəsinin rəğbətini qazandıq. İndi də çalışırıq ki, Azərbaycan ədəbiyyatının yaşlı və cavan nümayəndələri qəzetdə çıxış edə bilsin”.
Baş redaktor deyib ki, qəzetin fəaliyyəti dövründə zövq aldıqları, qürur duyduqları məqamlar da, çətin anlar da olub: “Bu da Azərbaycanda istədiyimiz kimi mətbuatda reklam bazarının yaranmaması ilə bağlıdır. Arzu edirik ki, Azərbaycanda həm iqtisadi cəhətdən güclü, həm də çoxlu sayda tirajı olan qəzetlərimizin sayı artsın. Bu arzumuz hələ ki, xülya olaraq qalır”.
Qeyd edək ki, bu gün həm də www.qol.az internet portalının 2 yaşı tamam olur. R. Məcid www.qol.az-ın fəaliyyətinə də toxunub: “Bu bizim gənclərin layihəsidir. Əvvəlcə, bir qədər tərəddüdlə baxsam da, ad məsələsində mübahisələr yaransa da, hələ ki, işlər normal gedir. Hesab edirəm ki, idman mətbuatının da uğurları olacaq. Artıq rəqabət və bu rəqabətdən uğurla çıxmaq üçün işləməyə ehtiyac var”.

1452