Ələtdə yeni limanın təməli qoyuldu
“APA-ECONOMICS”in məlumatına görə, əvvəlcə yeni liman kompleksinin ümumi mənzərəsini əks etdirən videoçarx nümayiş olunub.
Nəqliyyat naziri Ziya Məmmədov dövlət başçısına məlumat verib ki, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin tikintisi Azərbaycan prezidentinin 2007-ci il 18 oktyabr tarixli sərəncamına əsasən həyata keçirilir.
Liman kompleksinin layihəsi beynəlxalq tenderin qalibi olan Hollandiyanın “Royal Haskoning” şirkəti tərəfindən hazırlanıb.
Limanın dəniz hissəsində giriş kanalı və dönmə akvatoriyasında dib dərinləşdirmə və quru hissəsində infrastrukturun layihələndirilməsi işləri başa çatdırılıb. Hazırda limanda tətbiqi nəzərdə tutulan müasir kran, maşın və mexanizmlərin seçimi və müasir naviqasiya-rabitə sisteminin layihələndirilməsi üzrə işlər aparılır.
Liman kompleksinin tikintisi üçün 400 hektar ərazi ayrılıb. Tikinti 3 mərhələdə aparılacaq. Liman kompleksinin yükaşırma imkanı birinci mərhələdə 10 milyon tona qədər yük, 40 min TEU-ya qədər konteyner, II mərhələdə 17 milyon tona qədər yük, 150 min TEU-ya qədər konteyner, III mərhələdə isə 25 milyon tona qədər yük və 1 milyon TEU-ya qədər konteyner olacaq.
Birinci mərhələnin inşa müddəti 3 il 6 ay nəzərdə tutulur.
Liman kompleksində beynəlxalq nəqliyyat-logistika mərkəzinin tikintisi də planlaşdırılır. TRACECA çərçivəsində “Beynəlxalq nəqliyyat-logistika mərkəzlərinin yaradılması” layihəsini həyata keçirən Avropa Komissarlığının nəqliyyat üzrə ekspertləri tərəfindən liman kompleksinin Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşməsi beynəlxalq nəqliyyat-logistika mərkəzi üçün əlverişli hesab edilib, Avropa İttifaqının qrantı hesabına mərkəzin baş planı işlənib hazırlanıb və baxılmaq üçün Nəqliyyat Nazirliyinə təqdim edilib.
Prezident İ. Əliyev kapsulu bünövrəyə buraxıb, beton qarışığı tökən qurğunun düyməsini basıb.

1296