KİV-in inkişafına 2,4 milyon manat
2011-cu ildə Kütləvi İnformasiya Vasitələrinin inkişafını dəstəkləmək, onların maddi-texniki bazasını möhkəmləndirmək, jurnalistlərin peşəkarlığının artırılmasına şərait yaratmaq məqsədilə Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna 2,4 milyon manat vəsait ayrılacaq.
Lent.az-ın məlumatına görə, bu barədə Milli məclisdə gələn ilin büdcə layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov bildirib. Bu vəsait 2009-cu ildəkindən 1,1 milyon, 2010-cu illə müqayisədə isə 400 min manat çoxdur. Belə ki, 2009-cu ildə KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna isə 1,3 milyon, 2010-cu ildə 2 milyon manat vəsait ayrılıb.
Samir Şərifov onu da qeyd edib ki, bu ilin 8 ayında Azərbaycanda ümumi daxili məhsulun həcmi 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 3,8, onun adambaşına düşən məbləği 2,7, orta aylıq əməkhaqqı 5,7, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 10,2 faiz artıb. Həmçinin ölkənin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 6,1 milyard dollar artaraq 26,5 milyard dollara çatıb. Hesabat dövründə ölkə iqtisadiyyatına 5,2 milyard manat, o cümlədən daxili mənbələr hesabına 4,1 milyard manat investisiya qoyulub.
Nazir deyib ki, bu ilin 9 ayında dövlət büdcəsinin gəlirləri müvafiq proqnoza qarşı 93,6 faiz təşkil edib, büdcə xərcləri isə 84 faiz icra olunub.
Elxan SALAHOV

Oxşar yazılar

İyulun 12-dən bu BÜRCƏ yeni həyat vəd edildi
12 iyul 2025 , 18:37
Afrikanın dörd ən zəngin adamının sərvəti qitə əhalisinin yarısından çoxdur
12 iyul 2025 , 17:25
Bu 4 tarixdə doğulan insanlar həyatda uğur qazanırlar
12 iyul 2025 , 16:10
XƏBƏRDARLIQ: Yaxın saatlarda maqnit qasırğası başlayacaq
12 iyul 2025 , 12:29
"Sputnik Azərbaycan"nın rəhbərliyi FSB ilə əməkdaşlıq edib - BƏYANAT
12 iyul 2025 , 12:22
Sabah dəhşət isti olacaq
12 iyul 2025 , 12:12
Pul və ya miras: həftənin sonunda hansı BÜRCLƏRİN bəxti gətirəcək
12 iyul 2025 , 09:09