Ramazan bayramının əsas şərti
Dünya müsəlmanlarının müqəddəs Ramazan ayı başa çatır. Şəvval hilalının görünməsindən asılı olaraq, sabah – yəni sentyabrın 9-da və ya 10-da Ramazan bayramıdır. Bu isə o deməkdir ki, bayram namazınadək hər bir müsəlman fitrə və zəkatını çıxmalıdır.
Lent.az-ın fitrə və zəkatın mahiyyəti, onun kimlər tərəfindən və necə verilməli olduğuna dair kiçik bir araşdırma aparıb. Bəri başdan deyək ki, islam şəriətində “fitr zəkatı” adlandırılan bu zəkat növü oruc tutan müsəlmanlar üçün böyük məna daşıyır.
Bakı İslam Universiteti islamşünaslıq fakültəsinin dekanı Hacı Fuad Nurullayev deyir ki, varlı, yaxud kasıb olmasından asılı olmayaraq, Ramazan ayında oruc tutan və tutmayan hər bir müsəlman fitrə verməlidir. Hətta yenicə dünyaya gəlmiş körpələrin də adına fitrə verilməlidir. Bu kateqoriyaya fitrə alan yoxsul müsəlmanlar da daxildirlər. Bunun sayəsində hər bir mömin möhtac vəziyyətdə olan digər mömin qardaşlarına kömək etməyin sevinc və gümrahlığını hiss edir.
Hacı Fuad bildirir ki, hədisə görə, fitrə zəkatı bayram namazından qabaq verilməlidir. Belə ki, hədisdə deyilir ki, Peyğəmbər (s) insanların bayram namazını qılmalarından qabaq onun (fitrə zəkatının) verilməsini əmr etdi. Bunun üçün, fitrə zəkatını bayram namazından sonraya saxlamaq olmaz. Zəruri hallarda Ramazan ərzində ehtiyacı olanlara, kasıblara bu zəkat növünü çatdırmaqla məşğul olan qurumlara fitrə zəkatını vermək olar.
Bəs, görəsən, fitrə hansı formada verilməlidir: ərzaq-qida, yoxsa pul şəklində?
Maraqlıdır ki, bu məsələdə islam alimləri və mütəxəssislər fərqli fikirlər söyləyirlər. Ancaq böyük əksəriyyət belə hesab edir ki, fitrə ən çox istifadə edilən qida məhsullarından - xurmadan, arpadan, kişmişdən, pendirdən, kəsmikdən, buğdadan, qarğıdalıdan, bir sözlə ölkədəki bu tip bütün qidalardan çıxılmalıdır. Həmçinin qida əvəzində onun dəyəri həcmində pul da verilə bilər.
Hacı Fuad Nurullayev bildirir ki, bu, kasıblar üçün daha münasibdir və əlverişlidir. Onun sözlərinə görə, fitrənin hansı məhsuldan çıxılması müsəlmanların yaşadığı ölkələrdən asılı olaraq fərqli ola bilər. Belə ki, müəyyən ölkələrdə düyüdən, bir başqasında xurmadan, üçüncüsündə kişmişdən, başqasında buğdadan daha çox istifadə edilir: “Azərbaycanda ən çox istifadə edilən qida çörəkdir. Deməli, 3 kiloqram buğdanın qiyməti həcmində fitrə hesablanmalıdır. Amma kimin imkanı varsa, bundan bir qədər artıq fitrə çıxsa, onun savabı daha böyük olar”.
İslam qaydalarına və ənənəsinə əsasən, fitrə mütləq ailədəki üzvlərin sayına uyğun hesablanmalıdır. Həmçinin evdə olan qonağa, yaxud qonşuya görə də fitrəni ev sahibi çıxmalıdır. Kimsə, bayram namazınadək özünün və ailəsinin ehtiyaclarını ödəyə bilməzsə və bu xərcləri ödəyəcək puldan artıq vara sahib deyilsə, fitrə zəkatı ona vacib deyil.
Elxan SALAHOV

748