Yol polisi arvadının cəriməsini  görəndə şoka düşdü
10 iyun 2026 13:57 (UTC +04:00)

Yol polisi arvadının cəriməsini görəndə şoka düşdü

0

Türkiyənin Konya şəhərində baş verən maraqlı hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Yol hərəkəti qaydalarını pozduğuna görə cərimələnən qadın, həyat yoldaşının yol polisi olduğunu nəzərə alaraq yaşanan anları videoya çəkib.

Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, qadın avtomobilini nəqliyyat vasitələrinin hərəkət etdiyi yolda qanunsuz saxladığı üçün yol polisi əməkdaşları cərimələyib.

Qayda pozuntusuna görə ona 1246 türk lirəsi cərimə yazılıb. Qadın cərimə qəbzini həyat yoldaşına təqdim edib. Yol polisi sənədi diqqətlə incələyərkən yaşadığı təəccüb və çaşqınlıq anları videoya çəkilərək sosial şəbəkədə paylaşılıb.

Paylaşım "yol polisi olan həyat yoldaşıma yol hərəkəti cəriməsi şoku" qeydi ilə yayımlanıb və qısa müddətdə minlərlə baxış toplayıb.

Sosial şəbəkə istifadəçiləri videoya çoxsaylı zarafat dolu şərhlər yazıblar. Bəzi istifadəçilər "ərinin həmkarları gəlilərinə güzəşt etməyib", "yol polisinin həyat yoldaşı olsan belə, qaydalardan yayınmaq mümkün deyil" kimi fikirlər səsləndiriblər.

Hadisə bir daha göstərib ki, yol hərəkəti qaydaları hər kəs üçün eyni şəkildə tətbiq olunur və qanun qarşısında heç kimə xüsusi imtiyaz tanınmır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 424

Oxşar yazılar