Qulu Ağsəsin “Saat 6-nı gözləyirəm”  kitabı təqdim olundu
10 iyun 2026 13:20 (UTC +04:00)

Qulu Ağsəsin “Saat 6-nı gözləyirəm” kitabı təqdim olundu

0

“Ulduz” jurnalının baş redaktoru, şair və yazıçı Qulu Ağsəsin “Saat 6-nı gözləyirəm” kitabının təqdimat mərasimi keçirilib.

Lent.az xəbər verir ki, təqdimat mərasimində çıxış edən Qulu Ağsəs bildirib ki, kitabın adı 2020-ci il Vətən müharibəsi dövründə yaşanan hisslərdən qaynaqlanır.

O, həmin günlərdə hər zaman səhər saat 6-da qələbə xəbəri eşidəcəyimizə inandığını, bunu tez-tez dilə gətirdiyini və məhz buna görə də kitabı “Saat 6-nı gözləyirəm” adlandırdığını vurğulayıb.

Müəllifin sözlərinə görə, kitabda Azərbaycan mədəniyyəti, ədəbiyyatı və tanınmış şəxsiyyətlər haqqında esselər yer alıb və nəşr müxtəlif mövzuları əhatə edən kiçik həcmli yazılardan ibarətdir.

Xalq yazıçısı Çingiz Abdullayev bu kitabın çoxsaylı oxucular tərəfindən maraqla qarşılanacağına inandığını deyib.

Milli Məclisin deputatı, yazıçı Aqil Abbas bildirib ki, Qulu Ağsəs peşəkar redaktor olmaqla yanaşı, yüksək insani keyfiyyətlərə malikdir.

Tədbirdə çıxış edən professor Sevinc Əliyeva kitabda Azərbaycan dilinin ifadə imkanları, rəngarəngliyi və bədii gücünün aydın şəkildə əks olunduğunu diqqətə çatdırıb. O, həmçinin, Qulu Ağsəsin şeirlərinə məktəb dərsliklərində də yer verilməsinin məqsədəuyğun olacağını bildirib.

Tədbirdə çıxış edənlər müəllifə yeni yaradıcılıq uğurları arzulayıb, kitabın geniş oxucu auditoriyası qazanacağına əminliklərini ifadə ediblər. (APA)

Qulu Ağsəsin “Saat 6-nı gözləyirəm” kitabının təqdimat mərasimi keçirilib - FOTO

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 176

Oxşar yazılar