Bakıda sürücü sükan arxasında öldü,  maşın mağazaya çırpıldı
10 iyun 2026 19:33 (UTC +04:00)

Bakıda sürücü sükan arxasında öldü, maşın mağazaya çırpıldı

0

Bakıda sürücü sükan arxasında ölüb.

Lent.az xəbər verir ki, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsində qeydə alınıb. 

Bakı şəhər sakini, 1964-cü il təvəllüdlü Davud Salman oğlu Salamov idarə etdiyi “Ford” markalı 90 JR 489 N-li avtomobildə ürək tutmasından ölüb.

Nəticədə avtomobil yol kənarındakı mağazaya çırpılıb.

Araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 308

Oxşar yazılar