Türkiyədə övladlarına Ahi və Neşet adını qoyan ailələrə qızıl veriləcək.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, Mustafa Düger vəqfi tərəfindən koordinasiya olunan və şəhərin simvolik şəxsiyyətlərinin xatirəsini yaşatmağı hədəfləyən "Adımı sen koy" layihəsinin təqdimatı keçirilib.
Layihə çərçivəsində yeni doğulan övladlarına Ahi və ya Neşet adlarından birini verən ailələrə hədiyyə təqdim ediləcəyi açıqlanıb.
Vəqfin sədri Mustafa Düger bildirib ki, layihənin əsas məqsədi Kırşəhərin mühüm dəyərlərindən olan Ahi Evran və Neşet Ertaşın adlarını gələcək nəsillərə çatdırmaqdır.
Onun sözlərinə görə, Kırşəhərdə dünyaya gələn və adına Ahi və ya Neşet adı əlavə edilən hər bir uşaq üçün ailələrə dörd açıq qapını simvolizə edən 4 ədəd qızıl hədiyyə olunacaq.