"Kontakt Home"də arvadını bıçaqlayan  Fəxrəddin: "Xəyanətindən şübhələnmişdim"
10 iyun 2026 14:25 (UTC +04:00)

"Kontakt Home"də arvadını bıçaqlayan Fəxrəddin: "Xəyanətindən şübhələnmişdim"

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova Məmmədovanın sədrliyi ilə Bakıda həyat yoldaşını işlədiyi mağazada bıçaqlayan Fəxrəddin Quliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, məhkəmə təqsirləndirilən F. Quliyevin ifadəsi ilə davam edib:

"Mən xaricdə idim, Leylanın xəyanətindən şübhələndiyim üçün Azərbaycana qayıtdım. Öyrəndim ki, mənim iznim, xəbərim olmadan guya "Kontakt Home"da işləyən qohumu B.E. vasitəsilə orada işə düzəlib. Xəyanətindən şübhəndiyim üçün B.E. ilə söhbət eləməyə getdim. Qabağımda gözünün yaşını töküb təkzib elədi. Kişi olan kəs əgər səhvi yox idisə, niyə qarşımda ağladı?

Leyla avqust ayından boşanmaq istəyirdi. Ondan "Mənə xəyanət eləmisən?" - deyə soruşanda "Sənə xəyanət eləyib, sənə desəm də, sən məni bağışlayacaqsan" cavabını verdi.

Bir qadın sevgidən nə qədər harınlamış olsun ki, qayıdıb həyat yoldaşına belə cavab versin? Uşağıma həsrət qalmışdım. Altı ay idi ki, beş yaşlı uşağımı görə bilmirdim. Nə vaxt onu  görməyə  gedirdimsə, bütün nəsil-nəcabət tökülürdü üstümə, məni 102-yə zəng etməklə hədələyirdilər.

Bir gün Sahil parkında görüşdük. Ona dedim ki, telefonunu versin, baxmaq istəyirəm. Halbuki mən həmişə telefonumu rahat şəkildə ona vermişəm. Leyla telefonunu vermədi, üstəlik qayıdıb mənə "Sən mənim üçün heç kimsən", - dedi. Özümü saxlaya bilməyib onu sillələdim. 39 -cu polis bölməsinin əməkdaşları gəlib məni apardılar. Mən evləndikdən çox sonralar bilmişəm ki, Leyla 15 yaşından cinlərlə oturub-durur. Anası toy günü evdən çıxanda qızına xeyir-dua əvəzinə, cin əməli qovan kitab vermişdi.

Həyat yoldaşımı öldürmək istəsəydim, o yaşamazdı. Mənim onu vurmağıma gətirən hal onun uşağı mənə göstərməmək üçün qoyduğu qadağa oldu. Hadisə dekabrın 2 -də oldu. Dekabrın 1-də günorta vaxtı Sumqayıtda idim. Zəng vurdum Leylaya ki, uşağı gəzməyə aparım. Dedi ki "Sənin uşağı görmək hüququn ancaq  bazar günüdür". Dedim insanlığın olsun, mən atayam, bu qədər insafsız olma. Qayıtdı ki,  "Sənin uşağın var?" 

Bu sözlər mənə çox pis təsir elədi, haldan-təbdən çıxdım. Gəldim "Kontakt Home"ya. Məni müdir qarşılayıb dedi ki, Leyla nahara gedib, işdə deyil. Gedib "Boranı", "MacDolnalds"da stolun altına kimi onu axtardım. Təzədən "Kontakt Home"ya qayıtdım. Gördüm Leyla oradadır. Məni görüb qışqıra-qışqıra qaçmağa başladı. Ona 14 bıçaq zərbəsi vurmuşdum. Heç kim yaxınlaşıb bizi ayırmadı, o yıxılıb yerdə qalmışdı. Bıçağı gətirməkdə fikrim onu qorxudub cəzalandırmaq idi, onu öldürmək kimi niyyətim yox idi".

Növbəti proses iyulun 1-i saat 14:15-ə təyin olunub.

Xatırladaq ki, hadisə 2025-ci il dekabrın 2-də Bakının Üzeyir Hacıbəyli küçəsində yerləşən “Kontakt Home” mağazasında baş verib. Bakı şəhər sakini 34 yaşlı Fəxrəddin Quliyev mağazaya basqın edərək orada işləyən həyat yoldaşı, Sumqayıt şəhər sakini 31 yaşlı Leyla Quliyevaya bıçaqla zərbələr endirib. L.Quliyeva qaçsa da, əri ona çataraq, kürək nahiyəsinə 8 bıçaq xəsarəti yetirərək öldürməyə cəhd göstərib.

F.Quliyev şübhəli şəxs qismində saxlanılıb. L.Quliyeva xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağırdır. Hadisənin qısqanclıq zəminində törədildiyi bildirilir.

Faktla əlaqədar Fəxrəddin Quliyev Cinayət Məcəlləsinin 29.120.1-ci (Qəsdən adam öldürməyə cəhd) maddəsi ilə məsuliyyətə cəlb edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 436

Oxşar yazılar