Çin avtomobilini üç təkərlə  sürdü -  VİDEO
10 iyun 2026 15:30 (UTC +04:00)

Çin avtomobilini üç təkərlə sürdü - VİDEO

0

Tamölçülü avtomobil olan Fanqçenqbao Bao 8-in ("Denza B8" adı ilə beynəlxalq bazarda satılır) bir təkərini havaya qaldıraraq üç təkər üzərində hərəkət etməsini əks etdirən görüntülər sosial şəbəkələrdə maraqla qarşılanıb. 

Lent.az xarici mediaya istinadla xəbər verir ki, söhbət Çinin "BYD" şirkətinin istehsal etdiyi avtomobildən gedir.

Bu imkan "DiSas-P Ultra" adlı xüsusi asqı sistemi sayəsində mümkün olub. Sistem hər təkərin ayrıca hidravlik idarə olunmasına şərait yaradır. Belə ki, təkərlər bir-birindən asılı olmayaraq qaldırıla və ya endirilə bilir.

Sadə dillə desək, avtomobil təkərlərdən birini havaya qaldıraraq axsaya-axsaya hərəkət edə bilir. Bu da sürücüyə yol kənarında domkratdan istifadə etmədən təkəri dəyişməyə imkan yaradır.

Paylaşılan videoda avtomobilin lazımi tərəfi qaldırdığı və hərəkətini davam etdirdiyi görünür. Sosial şəbəkə istifadəçiləri bu texnologiyanı robotlarla müqayisə edərək, hər təkərin sanki ayrıca idarə olunduğunu bildiriblər.

Qeyd edək ki, "BYD" son illərdə elektrik avtomobillərinin satış həcminə görə "Tesla"nı geridə qoyub və yeni mühəndislik həlləri ilə diqqət çəkməyə davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 247

Oxşar yazılar