Məşhur fransız müğənni və aktyor Patrik Bryuel 13 qadına təcavüzdə ittiham olunub.
Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, nhazırda Parisdə Patrik Bryuellə bağlı istintaq aparılır.
Bildirilir ki, azı 13 qadın ifaçını cinsi xarakterli cinayətlərdə ittiham edib. İddialara əsasən, bu hadisələr 1997-2012-ci illər arasında baş verib.
![]()
Məlumata görə, Patrik Bryuel iyunun 8-də nəzarətə götürülüb və növbəti 48 saat ərzində bu statusda saxlanılacaq. Bundan sonra onun ya sərbəst buraxılması, ya da məhkəməyə çıxarılması ilə bağlı qərar veriləcək. Bildirilir ki, ifaçı artıq iş üzrə dindirilib.
İttiham irəli sürənlər arasında fransalı teleaparıcı Flavi Flaman da var. O bildirib ki, 1991-ci ildə - 16 yaşı olarkən, Bryuel ona narkotik tərkibli maddə verib və daha sonra təcavüz edib. Müğənni isə vəkili vasitəsilə ona qarşı irəli sürülən ittihamları qəti şəkildə rədd edib.