Sığmır yatağına nə Araz, nə Kür... – ARAŞDIRMA
Alimlər təbii yolla iki dəfə məcrasını dəyişmiş Arazı yenidən Kürdən ayrılmasının törədə biləcəyi fəsadlardan ehtiyatlanırlar
Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətlə əlaqədar iki gün əvvəl yaradılmış Hökumət Komissiyası özünün ilk iclasında subasma təhlükəsinin qarşısını almaq üçün bir neçə variantı müzakirə ediblər. Müzakirə zamanı vəziyyətdən çıxış yolu kimi Kürün Arazdan ayrılması məsələsinə xüsusi diqqət yetirilib. Hətta dünən hökumət komissiyasının üzvləri Araz çayının suyunun axıdılacağı yerə - İmişli rayonundakı Bəhramtəpə stansiyasına gedərək, məsələni yerindəcə müzakirə ediblər.
Lent.az Arazın Kürdən ayrılmasının mümkünlüyü və bunun hansı nəticələr verə biləcəyini öyrənmək üçün mütəxəssislərin rəyini soruşub.
Milli Elmlər Akademiyasının Geologiya İnstitutunun hidrogeologiya şöbəsinin aparıcı mütəxəssisi Vaqif Məmmədov Arazın Kürdən ayrılması təşəbbüsünün ağır nəticə verə biləcəyindən ehtiyatlanır. Onun sözlərinə görə, Arazın Kürdən ayrılması barədə qərar verilməzdən əvvəl bu məsələ üzərində ciddi işləmək lazımdır: “Onun əmələ gətirə biləcəyi problemləri bəri başdan dəqiq proqnozlaşdırmaq vacibdir. Amma indi qısa müddət ərzində Arazın Kürdən ayrılmasından danışmaq olmaz. Əslində mən heç bir təbii prosesdə insan müdaxiləsinə razı deyiləm. Ona görə ki, subasma bir dəfə olubsa, deməli on dəfələrlə də olacaq. Yəni nəticədə Araz gəlib yenə də Kürlə birləşə bilər, yeni fəsadlar yarada bilər”.
Vaqif Məmmədov Araz çayının Kürdən ayrılaraq hansı coğrafi nöqtələrdən keçəcəyini təsəvvür etməkdə çətinlik çəkdiyini deyir: “Yəqin ki, Arazı ayırıb Muğan düzü ilə üzüaşağı Xəzərə buraxmaq istəyirlər”.
Bununla belə, müsahibimiz insan amili nəticəsində Arazın Kürdən ayrılmasının hansı nəticələr verə biləcəyini indidən söyləməyin çətin olduğunu deyirlər: “Gərək əvvəlcə bilək ki, nə etmək istəyirlər?! Biz bilməliyik ki, ortaya hansı məsələ qoyulur və nə həll olunmalıdır. O halda ortaya qoyulan məsələyə dair ümumi fikrə gəlmək olar”.
Mütəxəssislər hesab edir ki, Arazın Kürdən ayrılması kimi vacib məsələdə Milli Elmlər Akademiyasının müvafiq qurumlarının, o cümlədən hidrologiya problemləri ilə məşğul olan mütəxəssislərin rəylərinin nəzərə alınması çox vacibdir.
Hidroloq alim deyir ki, tarixən Araz çayı bir neçə dəfə Kürdən ayrılıb. Onun sözlərinə görə, sonuncu belə hadisə 1896-cı ildə baş verib: “O dövrlə müqayisədə indi baş verənlər daşqın deyil, bu, əvvəlkilərin yanında yalan bir şeydir. O vaxtlar Kür və Araz çaylarında suyun səviyyəsi indikindən 2 dəfə çox olub. Onda Arazın suları İmişli ərazisini keçəndən sonra, Sabirabada çatmamış Kürdən ayrılıb və suyun təxminən 2/3 hissəsi Muğan düzü ilə dənizə tökülüb. Çayın ayrılmış bu qolu “Yeni Araz” adlanıb. Çayın 1/3 hissəsi isə Kürə istiqamətlənib. Bunu təbiət özü eləyib, insanlar eləməyib. Sonra çay əvvəlki axarına qayıdıb”.
Vaqif Məmmədov deyir ki, Arazın təbii olaraq Kürdən ayrıldığı dövrlərdə həmin ərazilərdə məskunlaşma indikindən bir neçə dəfə az olub. Onun sözlərinə görə, ümumiyyətlə, Kür-Araz ovalığında, xüsusilə də Muğan düzündə yaşayış çox cüzi olub. Bu səbəbdən də istər çaylarda suyun səviyyəsi qalxarkən, istərsə də daşqın nəticəsində Arazın təbii şəkildə Kürdən ayrıldığı dövrlərdə yaşayış sahələrinə, əkinçilik təsərrüfatlarına dəyən ziyanın miqyası da yüksək olmayıb: ”Amma Araz çayı ziyanın dəyib-dəyməməyini heç kimdən soruşmurdu, axı. Daşqın vaxtı daşır, çay yatağını dəyişir və ərazilər su altında qalır”.
“Heç kəs başqasının kitabını oxumur”
MEA-nın Coğrafiya İnstitutunun direktor müavini, texnika elmləri doktoru Ramiz Məmmədov isə subasma zonasındakı vəziyyətlə elə yerindəcə tanış olub. O, sel və daşqınların ilk günlərində Fövqəladə Hallar Nazirliyinin nümayəndələri ilə birlikdə vertolyotdan Kür-Araz ovalığında subasma zonasına baxış keçirib. Baxış zamanı vəziyyətdən çıxış üçün təkliflərin hazırlanmasında iştirak edib. Təxminən 6-7 bənddən ibarət təkliflər subasmanın qarşısının alınması üçün təcili olaraq həyata keçirilməli olan məsələləri özündə əks etdirib: “Yəni bəndləri haralarda bağlamaq, haralarda açmağın lazım olduğun müəyyənləşdirmişdik. Təkliflərdən biri isə suyun bir hissəsinin Hacıqabul gölünə, kollektorlara buraxılması ilə bağlı idi. Yəni bunların hamısı o məqam üçün zəruri olan təkliflər idi. Uzaq gələcək üçün isə kollektorların, Kürün mənsəbinin təmizlənməsini təklif etdik”.
Direktor müavini bildirib ki, bu məsələlər 2002-ci ildən müxtəlif səviyyələrdə müzakirə olunur, təkliflər verilir. Onun sözlərinə görə, ötən ilin mayında Cenevrə şəhərində “Transsərhəd çaylarında daşqınların inteqrasiya olunmuş üsulla idarəsi” mövzusunda keçirilən beynəlxalq konfransda Kür çayının idarə olunması üsulları da müzakirə olunub: “Bu gün sel və daşqınların qarşısının alınması üçün irəli sürülən təklifləri biz o konfransda da səsləndirmişdik. Hətta bu məsələ Birləşmiş Millətlər Təşkilatının saytında yerləşdirilib. Amma neyləmək lazımdır, heç kəs başqasının kitabını oxumur”.
Ramiz Məmmədov hesab edir ki, Arazın Kürdən ayrılması bir qədər riskli addımdır. Bu səbəbdən də belə bir plan həyata keçirilməli olsa, çayın yeni yatağının hansı ərazilərdən keçməsi və hara töküləcəyi dəqiq hesablanmalıdır: “Arazın Kürdən ayrılması məsələsi ilə bağlı dəqiq məlumatım yoxdur. Amma bir qızıl qaydanı bilirəm ki, təbiətə bu cür müdaxilə, özü də belə tez, hesablanmamış müdaxilə həmişə ziyan vurur. Ona görə də bir az ehtiyatlı olmaq lazımdır”.
Coğrafiya İnstitutunun direktor müavini xarici iri çayların yatağının dəyişdirilməsinin acı nəticələr verdiyinə təcrübədə də rast gəlindiyini deyib. Onun sözlərinə görə, 10 il əvvəl Almaniyada Reyn çayının üzərində bu cür dəyişiklik olunub: “Amma bu gün də onun bəlasını çəkirlər, çayı əvvəlki məcrasına qaytara bilmirlər. Bəlkə də Arazın Kürdən ayrılması yaxşı nəticə verə bilər. Ancaq hər bir halda məsələyə ciddi münasibət lazımdır. Hələ ki, mən bu məsələni heç cür təsəvvür edə bilmirəm”.
Araz iki dəfə məcrasını dəyişib
Araşdırma zamanı onu da öyrəndik ki, Araz çayının 1800-cü illərədək ayrıca ayrı yatağı olub. Həmin yataq indiki Sabirabad rayonu ərazisindən keçməklə birbaşa Xəzərə çıxıb. Sonradan isə həmin yataq yerini dəyişib və yenidən Kürə birləşib. Amma bütün bu dəyişmələr çayda suyun səviyyəsinin qalxması nəticəsində təbii şəkildə baş verib. O dövrdə əhali həmin ərazilərdən köçürülüb və onlar başqa ərazilərdə məskunlaşıb. Sovet dövründə isə Araz çayından Mil düzünə suvarma kanalları çəkilib. Bu kanallardan birinin yatağı məhz Araz çayının vadisi olub.
Coğrafiya İnstitutunun qurunun hidrologiyası və su ehtiyatları şöbəsinin müdiri Rəna Qaşqay güman edir ki, Arazın Kürdən ayrılması planı baş tutsa, çayın yatağı elə bu kanalların biri olacaq: “Amma çayın hansı kanalın yatağı ilə gedəcəyini dəqiq bilmirəm. Fikrimcə, Arazın Kürdən ayrılması bölgənin ekologiyasını poza bilər”.
Kür və Araz - Azərbaycanın əsas su arteriyası
Xatırladaq ki, Azərbaycanın çay sistemi Kür çayı və onun qollarından, həmçinin birbaşa Xəzər dənizinə tökülən çaylardan ibarətdir. Kür çayı Azərbaycanın əsas su mənbəyi və arteriyasıdır. Mənbəyini Türkiyə ərazisindən götürən çay Gürcüstandan keçməklə Azərbaycanın ərazisindən axır. Çayın ümumi su toplayıcı sahəsi 188000 kvadratkilometrdir, Azərbaycanın ərazisinə bu sahənin 58000 kvadratkilometri və ya 31 faizi aiddir.
Respublikanın ikinci böyük çayı və Kür çayının sağ qolu olan Araz da mənbəyini Türkiyədən götürür. Araz həmçinin Türkiyə-Ermənistan, Türkiyə-Azərbaycan, İran-Azərbaycan arasında həmsərhəd çaydır. Arazın ümumi su toplayıcı sahəsi 102000 kvadratkilometrdir. Azərbaycanda bu sahənin 18740 kvadratkilometr və ya 18 faizi yerləşir.
Su toplayıcının sahəsinə və sululuğuna görə Azərbaycanın iki ən böyük çayı məhz Kür və Araz hesab olunur. Kür Gürcüstanın Borjomi, Qori, Mtsxeta, Tbilisi, Rustavi, Azərbaycanın Mingəçevir, Yevlax, Sabirabad, Şirvan və Salyan rayonlarından keçir. Araz çayı isə Azərbaycan ərazisində Zəngilan, Cəbrayıl, İmişli və Saatlı rayonlarından keçib kürə birləşir.
Respublikanın əsas çaylarının morfometrik xarakteristikası:
№ Çayların adı Hara tökülür (hansı sahildən) Uzunluğu, km Su toplayıcı sahəsi, kv.km Yüksəklik vəziyyəti, m
mənbə mənsəb
1 Kür çayı Xəzər dənizi 1515 188000 2740 -27
2 Qanıx (Alazan) Mingəçevir su anbarı 413 16920 2560 75
3 Qabırrı (İori) Mingəçevir su anbarı 389 4840 2560 51
4 Xrami Kür çayı (sağ) 220 8340 2422 255
5 Ağstafaçay Kür çayı (sağ) 133 2586 3000 210
6 Kürəkçay Kür çayı (sağ) 126 2080 3100 18
7 Araz Kür çayı (sağ) 1072 102000 2990 -11
8 Arpaçay Araz (sol) 126 2630 2985 780
9 Həkəriçay Araz (sol) 128 5540 3080 268
10 Samur Xəzər dənizi 216 4430 3600 -27
11 Pirsaat Xəzər dənizi 199 2280 2400 -11
12 Bolqarçay Mahmudçala gölü 168 2170 1710 -17
Sığmır yatağına nə Araz, nə Kür...
Kür və Araz çaylarının tarixən bir neçə dəfə bir-birinə qovuşması və yenidən ayrılması faktlarına Azərbaycanın folklor ədəbiyyatında da rast gəlinir. Tarixin süzgəcindən süzülüb bu günə qədər gəlib çatan xalq mahnıları və bayatılarda, el məsəllərində, iki çayın bir-birinə qovuşmasına və ya ayrılmasına dair yüzlərlə nümunələr var:
Arazı ayırdılar,
Lil ilə sovurdular,
Mən səndən ayrılmaz idim
Zor ilə ayırdılar.
Əzizim, Araz məni,
Öldürdü Araz məni,
Çıxardın qəbrimdən
Ovudun bir az məni.
Araz deyiləm, daşam,
Qum deyiləm, qaynaşam,
Apar zərgər yanına
Gör nə qiymətdə daşam.
Araz xaşalı yandım,
Odu maşalı yandım,
O aləmə od düşdü
Mən tamaşalı yandım.
Gəmi ollam, dolannam,
Araz ollam, bulannam,
Sağ göz gözüm sənə qurban
Sol gözümlə dolannam.
Arazam, Kürə bəndəm,
Bülbüləm, gülə bəndəm,
Mən burda bənd olmazdım
Bir şirin dilə bəndəm.
Arazım Kür üstündən,
Hüsnünü vur üstümdən,
Çünki təbib deyilsən
Yaramın dur üstündən...
Kür və Araz çaylarının böyüklüyünü, onları nə qədlər sevildiyini özündə ehtiva edən bir neçə el məsəlini də xatırlatmaq yerinə düşər:
- Araz axır, gözüm baxır.
- Araz aşığımdan, Kür topuğumdan.
- Araz duru, Kür sarı.
Nəhayət, mərhum şairimiz Xəlil Rza Ulutürkün şeirlərində kür və Araz çayları haqqında çoxlu misralar var. Ustad Şəhriyarın bu taya gələcəyi xəbərini eşidərkən yazdığı “Gözün aydın, Azərbaycan!” adlı şerində də həmçinin. Həmin şeirdən bir parça ilə bu yazıya nöqtə qoyuruq:
Fəxr et, gözün aydın, Azərbaycan!
Güz günü qoynuna ilk bahar gəlir.
Çiçək sərgisidir Milim, Muğanım,
Əllərdə titrəyən laləzar gəlir.
Sığmır yatağına nə Araz, nə Kür
Xəzərə qəlbimdən Xəzər tökülür.
Ayrılıq sədləri lay-lay sökülür.
Yurdumun yarısı mənə dar gəlir.
Elxan SALAHOV

2589