Dostunun tabutunu motosikletlə daşıdı - ŞOK VİDEO
26 may 2026 15:08 (UTC +04:00)

Dostunun tabutunu motosikletlə daşıdı - ŞOK VİDEO

0

Qərbi Afrikada qeyri-adi və təhlükəli hadisə gündəm olub.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, kadrlarda sürücünün motosikletinin arxa hissəsinə taxta tabut bağladığı görünür. O, təhlükəli manevrlər zamanı balansı qorumaq üçün tabutdan dayaq kimi istifadə edib və yol boyu riskli hərəkətlər edib.

Şahidlərin sözlərinə görə, motosikletçi bu şəkildə bir neçə kilometr məsafə qət edib.

Onun qoruyucu geyim və dəbilqə taxmaması isə vəziyyəti daha da təhlükəli edib. Hadisə zamanı həm sürücünün öz həyatı, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyi risk altına düşüb.

Məlumata görə, kişi bu addımı vəfat etmiş dostunun xatirəsinə ehtiram göstərmək üçün atıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 162

Oxşar yazılar