Müsəlman olmayan adamın verdiyi qurban ətindən yemək olar?
26 may 2026 15:41 (UTC +04:00)

Müsəlman olmayan adamın verdiyi qurban ətindən yemək olar?

0

Qurban bayramı yaxınlaşdıqca ibadətlərini dini qaydalara uyğun şəkildə yerinə yetirmək istəyən vətəndaşlar qurban kəsimi və ətin halal olub-olmaması ilə bağlı məsələləri araşdırırlar. Ən çox maraq doğuran suallardan biri isə müsəlman olmayan şəxsin kəsdiyi heyvanın ətinin yeyilib-yeyilməməsi ilə bağlıdır.

Bəs görəsən, müsəlman olmayan şəxsin kəsdiyi qurbanlıq heyvanın ətindən yemək olarmı?

Lent.az-ın araşdırmasına görə, dini qaydalara əsasən, qurban ibadətinin düzgün hesab olunması və ətin halal sayılması məsələsində heyvanı kəsən şəxsin dini mənsubiyyəti mühüm rol oynayır.

İslamda “Əhli-kitab” hesab olunan xristian və yəhudilərin kəsdiyi heyvanların əti müəyyən şərtlər daxilində halal qəbul edilir. Lakin ateist, deist, müşrik və ya səmavi dinlərə mənsub olmayan şəxslərin kəsdiyi heyvanların ətinin yeyilməsi icazəli sayılmır.

Xristian və yəhudilərin kəsdiyi heyvanların əti yeyilə bilərmi?

"Qurani-Kərim"də yer alan Maidə surəsinin 5-ci ayəsinə əsasən, “özlərinə kitab verilənlərin yeməkləri sizə halaldır” hökmü qeyd olunur. Bu səbəbdən, xristian və ya yəhudinin kəsdiyi heyvanın əti prinsip etibarilə halal hesab edilir.

Ateist, deist və müşriklərin kəsdiyi heyvanların hökmü nədir?

İslam alimlərinin izahına görə, hər hansı səmavi dinə inanmayan ateistlər, deistlər, bütpərəstlər, atəşə və ya günəşə sitayiş edənlər, həmçinin Allaha şərik qoşan müşriklərin kəsdiyi heyvanların əti halal sayılmır. Dini mənbələrdə qeyd olunur ki, əhli-kitabdan olmayan ateistin və ya bütpərəstin kəsdiyi heyvan nə halal hesab edilir, nə də qurban kimi qəbul olunur.

Kəsim zamanı Allahın adının çəkilməsi (bəsmələ) niyə vacibdir?

İslam fiqhində heyvan kəsilərkən Allahın adının çəkilməsi, vacib şərtlərdən biri hesab olunur. Əgər müsəlman bir qəssab kəsim zamanı o sözdən qəsdən imtina edərsə, Hənəfi məzhəbinə görə həmin heyvanın əti halal sayılmır. Lakin bəsmələ unutqanlıq səbəbindən deyilməyibsə, bu qüsur hesab edilmir və heyvanın ətinin yeyilməsi icazəli qəbul olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 164

Oxşar yazılar