Bukmekerlər 2026-cı il Dünya çempionatının ən yaxşı oyunçusu mükafatını qazanmağa namizədi açıqlayıblar.
Lent.az-ın xarici mediaya istinadən məluamtına görə, analitiklər İngiltərə millisinin hücumçusu Harri Keyni turnirin ən yaxşı oyunçusu mükafatına əsas namizəd kimi göstəriblər. Onun qalib gəlmək şansı 8.00-dür.

Ən yaxın namizədlər 11.00 şansı ilə ispaniyalı Lamin Yamal və argentinalı Lionel Messidir.
Bukmekerlər Fransa millisinin hücumçusu Kilian Mbappeni 7.00 əmsalla favorit hesab edirlər. Keyn ikinci (8.00), Messi isə üçüncü (13.00).
2026-cı il Dünya çempionatı 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək. Analitiklər İngiltərənin 1/8 finalda mübarizəni dayandıracağını proqnozlaşdırırlar.