Pələng bir hücumla 4 qadını parçaladı  - VİDEO
26 may 2026 11:28 (UTC +04:00)

Pələng bir hücumla 4 qadını parçaladı - VİDEO

0

Hindistanın Çandrapur dairəsində pələngin hücumu nəticəsində dörd qadın həlak olub.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, qadınların hamısı tendu yarpaqları toplayırmış. Onlardan doqquzu xilas ola bilib. Qadınlar qışqıraraq kömək çağırıb, daha sonra isə meşədən qaçıblar.

Kənd sakinləri qışqırıq səslərini eşidən kimi meşəyə tərəf qaçıblar. Bir qədər sonra hadisə yerinə meşə təsərrüfatı idarəsinin əməkdaşları və polis gəlib.

Səlahiyyətli qurumlar bildiriblər ki, həlak olanların ailələrinə hər biri üçün 25 min rupi məbləğində kompensasiya ödəniləcək. Bu, təxminən 263 ABŞ dollarına bərabərdir.

Bundan əlavə, növbəti bildirişədək meşədə tendu yarpaqlarının toplanmasına tam qadağa tətbiq olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 200

Oxşar yazılar