Ağakərim Səmədzadə ekologiya və təbii sərvətlər nazirinin birinci müavini təyin olunub.
Lent.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Prezidentin Sərəncamı ilə Ağakərim Ağasəməd oğlu Səmədzadə ekologiya və təbii sərvətlər nazirinin birinci müavini təyin olunub.
Ağakərim Səmədzadə bu gün nazirliyin kollektivinə təqdim edilib.
O, bu təyinata qədər ədliyyə və iqtisadiyyat sahələrində fəaliyyət göstərib.