Bir çox azarkeş sevimli klublarının futbol meydanına çıxması üçün hər şeyndən keçməyə hazırdır. Çexiya klubu “Boqemians 1905”in azarkeşləri üçün isə bu, reallığa çevrilə bilər.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, klub azarkeşlərə üçüncü komanda yaratmaq çağırışı edib. Onlar doqquzuncu divizionda oynayacaqlar.
Maraqlananlar öz CV-lərini “Bohemians”a göndərə və tam hüquqlu oyunçu ola bilərlər.
Bu səxavətli jest azarkeşlərin komanda üçün etdiklərini xatırladıb. 2005-ci ildə “Boqemians 1905” müflis olub və maliyyə problemləri üzündən üçüncü liqaya düşüb.

Lakin azarkeşlər tez bir zamanda pul toplayaraq borcun bir hissəsini ödəməyə kömək ediblər. Bu, komandanın xilas olmasına və Çexiyanın elit turnirinə qayıtmasına böyük kömək edib və 2013-cü ildən bəri heç vaxt ölkənin yüksək liqasını tərk etməyib.
Buna görə də, azarkeş əsaslı heyət toplamaq qərarı “Boqemians” rəhbərliyinin klubun mövcudluğuna verdiyi töhfələrə görə minnətdarlığının əlaməti olub.