Məişət texnikası üzrə mütəxəssislər paltaryuyan maşının titrəməsinin ən geniş yayılmış səbəblərini sadalayıblar.
İş zamanı müəyyən qədər vibrasiya normal hesab olunsa da, həddindən artıq silkələnmə adətən hansısa problemdən xəbər verir - bu, ya qeyri-bərabər yükləmə, ya da daha ciddi mexaniki nasazlıq ola bilər.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər vibrasiyanın adətən müəyyən bir balanssızlıqdan - ya barabanın daxilində, ya da maşının özündən qaynaqlandığını hesab edirlər.
Müşahidələr göstərir ki, əksər hallarda güclü vibrasiya asqı sisteminin köhnəlməsi və ya zədələnməsi ilə bağlı olur. Yaylar nasaz olduqda çən fırlanma zamanı tarazlığını itirir və bu da silkələnmə, döyüntü və digər problemlərə səbəb olur.
Vibrasiya nə vaxt normaldır, nə vaxt yox?
Paltaryuyan maşında mühərrik olduğu üçün yuma və sıxma zamanı müəyyən qədər vibrasiya qaçılmazdır. Bu normaldır və narahat olmağa dəyməz. Lakin cihaz ilkin yerindən bir neçə santimetr sürüşəcək qədər güclü titrəyirsə, bu artıq problem sayılır.