Bu məhkəmələrə yeni hakimlər  təyin olundu
26 may 2026 13:28 (UTC +04:00)

Bu məhkəmələrə yeni hakimlər təyin olundu

0

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Sənan Məmməd oğlu Qarayev vəzifəsindən azad edilərək, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilib.

Lent.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılaraq qəbul edilən “Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” qərarda əksini tapıb.

Qərara əsasən, Xankəndi Şəhər Məhkəməsinin sədri İlkin Qismət oğlu Abdullayev də vəzifəsindən azad edilərək, Ali Məhkəmənin hakimi təyin olunub.

Həmçinin Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin edilib.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə çıxarılaraq qəbul edilən “Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında” qərarda əksini tapıb.

Qərara əsasən, aşağıdakı hakimlər vəzifələri dəyişdirilərək, Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin ediliblər:

Əliyeva Aytən Heydər qızı - Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi

Hüseynov Telman Qulaməli oğlu - Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi

Nuriyev Elnur Aləm oğlu - Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi

İsmayılzadə Fərid Sabir oğlu - Şəki İnzibati Məhkəməsinin hakimi

Abdullayev Elşən Uğur oğlu - Şirvan Kommersiya Məhkəməsinin hakimi

Hüseynov Elməddin Mirpaşa oğlu - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi

Qafarova Rəna Nazim qızı - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi.

Bunlardan əlavə, Şəki və Şirvan apellyasiya məhkəmələrinə də yeni hakimlər təyin edilib.

Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılaraq qəbul edilən “Şəki Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” və “Şirvan Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” qərarlarda əksini tapıb.

Aşağıdakı hakimlər vəzifələri dəyişdirilərək, Şəki Apellyasiya Məhkəməsinin hakimi təyin edilib:

Mustafayev Etibar Mustafa oğlu - Şəki İnzibati Məhkəməsinin hakimi

Əsgərov Anar Əlifağa oğlu - Ağsu Rayon Məhkəməsinin hakimi.

Aşağıdakı hakimlər isə vəzifələrinin dəyişdirilərək, Şirvan Apellyasiya Məhkəməsinin hakimləri təyin edilib:

Hacızadə Fəxri Hümmət oğlu - Şəki İnzibati Məhkəməsinin hakimi

Ağabəyov Nicat Rauf oğlu - Lənkəran Rayon Məhkəməsinin hakimi.

Eyni zamanda Nural Turab oğlu Əliyevin vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilib. Bakı Hərbi Məhkəməsinin hakimi Bilal Mahir oğlu Məmmədovun vəzifəsi isə dəyişdirilərək Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi təyin olunub.

Qeyd edək ki, Konstitusiyaya əsasən, Milli Məclis Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən apellyasiya məhkəmələrinin hakimlərini təyin edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 196

Oxşar yazılar