Fransa səfiri Təhsil Nazirliyində təkliflə çıxış etdi - FOTO
“Azərbaycan-Fransa təhsil əlaqələrinin daha yüksək səviyyəyə qaldırılması məqsədi ilə birgə işçi qrupunun yaradılmasını təklif edirəm”. Lent.az-ın Təhsil Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bunu təhsil naziri Misir Mərdanovla görüşdə Fransanın ölkəmizdəki səfiri Paskal Mönye bildirib.
İki ölkə arasında müxtəlif sahələr üzrə əməkdaşlığın inkişaf etdiyini vurğulayan səfir təhsil sahəsində də əlaqələrin daha da inkişaf etdirilməsinin zəruri olduğunu qeyd edib: “Hesab edirəm ki, ölkələrimiz arasında qeyd olunan sahə üzrə 3 illik proqram hazırlanmalıdır”.
Əməkdaşlığın inkişafı üçün yüksək potensialın mövcudluğundan söz açan P. Mönye, həmçinin görülən işlərdən də bəhs edib, eləcə də hər ilin yayında “Fransız kəndi” layihəsi çərçivəsində fransız dili müəllimləri üçün seminarlar keçirildiyini diqqətə çatdırıb.

Oxşar yazılar

Afrikanın dörd ən zəngin adamının sərvəti qitə əhalisinin yarısından çoxdur
12 iyul 2025 , 17:25
Bu 4 tarixdə doğulan insanlar həyatda uğur qazanırlar
12 iyul 2025 , 16:10
XƏBƏRDARLIQ: Yaxın saatlarda maqnit qasırğası başlayacaq
12 iyul 2025 , 12:29
"Sputnik Azərbaycan"nın rəhbərliyi FSB ilə əməkdaşlıq edib - BƏYANAT
12 iyul 2025 , 12:22
Sabah dəhşət isti olacaq
12 iyul 2025 , 12:12
Pul və ya miras: həftənin sonunda hansı BÜRCLƏRİN bəxti gətirəcək
12 iyul 2025 , 09:09
Çox çətin olacaq: 4 BÜRCƏ elə zərbə vurulacaq ki...
11 iyul 2025 , 18:38