Məktəbi öldürən əjdaha: onu kim ram edəcək? – ARAŞDIRMA
Bu xəbəri eşidəndə nəinki onun orta məktəbi bitirdiyi ucqar kənddəki bütün qohum-əqrəbası, elə Bakıda olan biz yaxınları da təəccübləndik. Çünki təxminən son 10-15 ildə onun kimi - Paşayeva Cəmilə Sərdar qızı kimi Beyləqan rayonu II Aşıqlı kəndində heç kim hazırlığa (repetitor yanına - M.A.) getmədən bu qədər yüksək bal toplamamışdı. Daha doğrusu, hazırlığa getmədən ali məktəbə sənəd verməyə cəhd edən çox az olmuşdu...
Açığı, repetitor yanına gedənlər belə daxil olmaqla, son dövrdə o kənddən belə yüksək nəticə ilə ali məktəbə qəbul olan olmayıb. Hansı ki, istər Sovet dövründə, istərsə də müstəqilliyin təxminən ilk 10 ilində bu kənddə kifayət qədər yüksək nəticələr əldə olunub...
Son illər isə digər ucqar kəndlərdə olduğu kimi, bu kənddə də belə bir fikir formalaşmışdı ki, yuxarı siniflərdə əlavə hazırlığa, repetitor yanına getmək alınmırsa, deməli, ali məktəblərə sənəd verməyin də əhəmiyyəti yoxdur... Sonradan meydana çıxan repetitor sindromu maddi sıxıntılar üzündən əksər ailələrin uşaqlarının ali məktəb həvəsini öldürürdü...
Amma Cəmilə bu il heç bir repetitor yanına getmədən (heç ailədəki sosial vəziyyət də buna imkan vermirdi - M.A.), ucqar bir kəndin Sovet dövrünün infrastrukturuna malik orta məktəbinin məzunu kimi 520 bal toplayaraq Bakı Dövlət Universitetinin Tarix fakültəsinə ödənişsiz əsaslarla qəbul oldu...
Onunla söhbətdə də məlum olur ki, bu, heç də möcüzə deyil. Sadəcə olaraq, Cəmilə ona lazım olanı repetitorlarda deyil, oxuduğu orta məktəbdə gündəlik keçirilən dərslərdə axtarıb. Onun bitirdiyi kənd orta məktəbi müəllim ehtiyatı baxımından o qədər də yetərli deyil, bu halda o, evdə müstəqil hazırlığa, xüsusi test kitabçaları ilə mütəmadi özünü sınamağa və yalnız son sinifdə qısa müddətə cəmi bir fəndən müəllim yanına getməyə vadar olub...
İndi həmin kənddə sanki bir buz qırılıb: universitetə orta məktəbdə də, yaxud müstəqil olaraq da hazırlaşıb daxil olmaq olar...
Təbii ki, bu kənddə yüksək infrastrukturlu orta məktəbə ehtiyacı olan maddi cəhətdən zəif, amma intellekti yüksək olan uşaqlar var.
Məktəb ancaq dostlarla görüşmək üçündür?
Ümumiyyətlə, Azərbaycanda hər bir valideyn övladının gələcəyini təmin etmək üçün onun təhsilinə xüsusi qayğı ilə yanaşır, xüsusi diqqət yetirir. Bu, indi daha qabarıq formada özünü göstərir. Lakin orta məktəbin ilk siniflərini uğurlar başa vuran şagirdlərin belə əksər hissəsi orta siniflərdə təhsilə ya yetərincə vaxt ayırmır, ya mənimsəmə problemi ilə üzləşir, ya da başqa səbəbdən tədrisdən uzaqlaşmalı olur. Yalnız yuxarı siniflərdə - təhsilin davamı aktuallaşanda, məsuliyyət hissi artır, ali təhsil hazırlıqları gündəmə gəlir. Bu zaman şagird illərdir orta məktəbdə buraxdığı boşluğu doldurmaq üçün istinad nöqtəsi axtarır və ilk qarşısına çıxan üsul da son illər dəb halını alan, yüksək ödəniş müqabilində əlavə hazırlıq müəllimləri - repetitorlar olur… Və bununla uşaqlar yuxarı siniflərdə tamamilə orta məktəbi unudub, bütün diqqəti hazırlıq müəllimlərinə yönəldirlər. Çünki planlarını repetitorlar üzərində quran məktəblinin məktəb üçün heç bir vaxtı qalmır.
Orta məktəb isə uşaqların xatirində formal məkan kimi yadda qalır… Onun gözündə artıq məktəb sadəcə dostlarını görmək üçün getdiyi bir məkana çevrilir.
Müşahidələr göstərir ki, bütün bunlarla yanaşı, əksər məktəb direktorları da bu məsələyə çox biganə yanaşırlar. Müəyyən məbləğ qarşılığında şagirdin dərslərinə və məktəbinə laqeydliyinə göz yumurlar...
Bəs repetitorlar nə edirlər ? Onlar hansı nəticəni verir?
Repetitorlar dərsdən kənar uşaqlarla məşğul olub, onları seçdikləri müvafiq universitetlərdə, konkret müvafiq ixtisaslara hazırlaşdırırlar… Düzdür, oxuyan, çalışan şagird üçün bu, istənilən nəticəni verir. Lakin 11 il oxumayan şagirdə, məktəbliyə hər şeyi 2, yaxud da 3 ilin içində öyrətmək tamamilə absurd görünür. Ən pisi isə odur ki valideynin ümidləri və pulları boşa gedir…
Ümidlər, xərclər tək bununla boşa çıxmır. İnsan həyatının erkən dövrlərində başlıca rol oynayan orta məktəb amili getdikcə unudulur ki, bu, daha qlobal bəladır. Hələ tədrisdən başqa orta məktəbin uşaqlara verəcəyi ənənəvi, zəruri həyati amillərdən məhrumiyyəti demirəm. Sinif, yaxud məktəbli aurasından kənarlaşıb, fərdi müəllim hazırlığına keçən məktəblinin hansı psixologiyada formalaşmasını isə yəqin ki yaxın gələcək göstərəcək...
Regionlardan repetitorsuz gələnlər çoxdur...
Ən azı yaxın keçmişə nəzər salsaq, ümumilikdə ali məktəblərə axın hazırkı “repetitorlar dövrü”ndən daha çox olub. Çünki bizdə repetitorluq yeni olsa da ali təhsil almaq ənənəsi kifayət qədər tarixə malikdir. Əlaçı şagird, nümunəvi şagird və sair göstəriciləri bizə uzaq keçmişdə gəlir... Hansı ki, indi ali məktəblərdə yüksək bal tələb edən fakültələr o vaxt məhz bu orta məktub məzunları qəbul olurdular.
Elə indi də Azərbaycanın regionlarında bu ənənə yaşayır. Xüsusilə, əksər ucqar kənd ailələri, yaxud da maddi imkanı zəif olan ailələrin uşaqları repetitorlara yox, orta məktəb hazırlığına üstünlük verirlər. Bunun səbəbləri içərisində maddi imkansızlıqla yanaşı, bəzi ucqar bölgələrə repetitorluğun gedib çatmaması da var. Bununla yanaşı, son bir neçə il istisna olmaqla artıq həmin bölgələrdə repetitorsuz ali məktəbə hazırlaşan uşaqların, xüsusilə yüksək bal tələb edən ixtisaslara qəbul göstəriciləri üstünlük təşkil edir. Düzdür, bu cür fakültələrə qəbul olanlar arasında lisey məzunları da az deyil, amma hər halda onlar da repetitorsuz “keçinənlərdir”...
Bu, Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasından (TQDK) verilən statistik məlumatda da öz əksini tapıb. Komissiyadan Lent.az-a verilən məlumata görə, əgər 2010-cu ildə Hüquqşünaslıq ixtisası üzrə ayrılan dövlət sifarişli plan yerlərinə qəbul olanların sayı 125 nəfər olubsa, bu il bu rəqəm 130 nəfər (100 faiz) təşkil edib ki, bunların da tam əksəriyyəti regionlardandır. Bunlardan 85 nəfər Bakı Dövlət Universitetinə, 45 nəfər isə Prezident yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olanlardır. Reytinqli fakültələrdən olan Müalicə işi fakültəsinə isə dövlət sifarişli plan yerlərinə 2010-cu ildə cəmi 135 nəfər daxil olub ki, bunların da hamısı Azərbaycan Tibb Universitetinə (ATU) aiddir. 2011-ci ildə bu ixtisas üzrə qeyd olunan plan yerlərinə 195 nəfər qəbul olunub və bunlardan da 194-ü ATU-ya, 1 nəfər isə Naxçıvan Dövlət Universitetinin Müalicə işi fakültəsinə qəbul olunub. Bu il də bu rəqəm fərqli olub. Belə ki, Müalicə işi ixtisası üzrə dövlət sifarişli plan yerlərinə bu 198 nəfər qəbul olunub ki, bunların da hamısı ATU-nun tələbəsi adını daşıyacaq.
Bəs bu il reytinqli ixtisaslara qəbul olanlar özləri nə deyir?
Göründüyü kimi, rəqəmlər ildən-ilə artır və siyahıya nəzərə saldıqda qəbul olunanların əsasən regionlardan olması üstünlük təşkil edir.
İxtisaslar arasında yüksək bal tələb edən bir neçə ixtisas seçib, bu il ora qəbul olunanların imtahana necə hazırlaşmaları ilə maraqlanmağa cəhd etdik. Daha çox ucqar rayonlardan olan gənclərin fikirləri birmənalı olmadı...
Söhbətimiz təbii ki, bu il dövlət sifarişli plan yerlərinə qəbul olan tələbələr ilə oldu.
Bu il 653 bal ilə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsinə daxil olan Şəmkir rayon Dəllər-Cəyir kənd orta məktəbinin bu ilki məzunu İslamzadə Şahlar Tahir oğlu Lent.az-a açıqlamasında deyir ki, yalnız sonuncu sinifdə oxuyarkən kənd səviyyəsində qısa müddətdə əlavə müəllim yanına gedib: “Orta məktəbdə daim əlaçı olmuşam, dəfələrlə həm rayon üzrə, həm də respublika üzrə kimya və biologiyadan olimpiada qalibi olmuşam. Ona görə də digər yaşıdlarım kimi ali məktəbə hazırlaşarkən rayon səviyyəsində əlavə müəllim yanına getmədim, gücü orta məktəb hazırlığına verirdim. Yalnız sonuncu sinifdə qısa müddətə özümü yoxlamaq üçün bir müəllim yanına getmişəm”.
Eyni fakültəyə 685 bal ilə daxil olan Bərdə rayon Zümürxan kənd orta məktəbinin məzunu Bəylərova Zərintac Elxan qızı isə bir qədər fərqli danışır. Onun valideyni də təsdiq edir ki, ibtidai sinifdə məktəbdə hazırlığı ilə seçilən Zərintac yuxarı sinifdə repetitor yanına getməyə ehtiyac duyub: “Hərçənd, maddi imkan buna cavab vermirdi, amma məcbur idik ki, əlavə müəllimdən istifadə edək. Çünki bizim məktəbdəki dərslər ali məktəb imtahanlarına hazırlıq üçün yetərli deyil”. Buna baxmayaraq, Zərintacın anası deyir ki, övladı məktəbdə əlaçı olub və daim imtahanlarda, olimpiadalarda birinci olub: “Lakin sona yaxın gördü məktəb kifayət eləmir, ona görə müəllimə müraciət etdi. Belə baxanda repetitor heç bizim üçün arzuolunan deyil, çünki məktəbdən yayındırır. Eyni zamanda əlavə xərc deməkdir”.
Müalicə işi fakültəsinə yenə də 685 bal ilə bu il qəbul olunan Bakıdakı Türkiyə Diyanət Vəqfinə aid olan Bakı Türk Liseyinin məzunu Nağızadə Kənanə Məhərrəm qızı deyir ki, ümumiyyətlə, orta təhsil aldığı müddətdə kifayət qədər yüksək proqramla təhsil aldığı üçün əlavə repetitora ehtiyac olmayıb: “Hətta yuxarı siniflərdə hazırlaşdığımız ixtisaslar üzrə gücləndirilmiş tədris metodları tətbiq olunurdu ki, bu da bizim hazırlığımıza ciddi təkan verirdi. Oxuduğum liseyin yüksək tədris metodu repetitora müraciət etməyə ehtiyac yaratmayıb”.
Göygöl rayonunun Qırıxlı kənd orta məktəbinin bu ilki məzunu Quluzadə Rəsul Qalib oğlu 644 bal ilə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olunub. Deyir, çox erkən siniflərdən elə bu ixtisasa hazırlaşırmış və orta məktəbdə daim bu sahəyə yaxın humanitar fənlər üzrə hazırlıqlı olub: “Lakin yuxarı siniflərdə orta məktəb proqramı azacıq kifayət etmədiyi üçün bir-iki fənn üzrə əlavə xüsusi müəllimlərə müraciət etməli oldum. Amma ümumilikdə daxil olduğum ixtisasa hazırlığım orta məktəbdən olub”.
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Hüquqşünaslıq ixtisasına 675 bal ilə qəbul olan Lənkəran şəhəri 10 saylı orta məktəbin məzunu Məmmədova Lalə Emin qızı isə deyir ki, məktəbi qızıl medalla bitirib: “Sadəcə, yuxarı siniflərdə hazırlığım üçün çatışmayan məsələlər vardı ki, onu orta məktəbdə ala bilmirdim, bir il əlavə müəllim yanına getməyə məcbur oldum”.
Söhbət etdiyim təxminən 10-a yaxın müxtəlif rayonlardan dövlət sifarişli, reytinqli ixtisaslara qəbul olunanlar digər tələbələr də təxminən eyni cavabı verdilər. Onlar da əsas gətirirlər ki, yuxarı siniflərə çatdıqda qəbul olmaq istədikləri ixtisasların tələb etdiyi hazırlığa oxuduqları orta məktəblərin dərsləri yetərli olmur, amma əsas baza kimi orta məktəbsiz ali məktəbə hazırlığı heç biri təsəvvür edə bilmir...
Bu məqamda maraqlı bir nümunə ilə tanış olmaq yerinə düşər. Bakıda fəaliyyət göstərən “Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi – XXI Əsr” (BTİM – XXI Əsr), özəl təhsil müəssisəsi olaraq, şagirdlərinin repetitora möhtac olmamasını bir prinsip olaraq qoruyur. Mərkəzin vitse-prezidenti Aybəniz Turan deyir ki, BTİM-də yuxarı sinif - X və XI sinif - şagirdlərinin hazırlığı profil istiqamətləri üzrə qurulur: “Bizdə 4 ixtisas qrupunun hər biri üzrə gücləndirilmiş tədris aparılır, o səbəbdən də repetitora, ümumiyyətlə, ehtiyac qalmır. Fikrimcə, hər şey orta təhsil müəssisəsində tədrisin keyfiyyətli, müasir, innovativ və vicdanlı qurulmasından asılıdır”.
“Bu, ailədaxili ciddi konfliktlərə gətirib çıxarır...”
Nəzərə alaq ki, təhsil almaq insan həyatında, ailənin sosial durumunda mühüm dəyişikliklərə səbəb olduğu kimi, ailədə və uşaqların həyatında psixoloji yükə də malikdir. Xüsusilə repetitorların tələb etdiyi maddi vəsait yükü buna daha çox təsir edir...
Psixoloq Elnur Rüstəmov belə düşünür ki, ali məktəbə hazırlıq prosesində repetitor köməyindən istifadə birmənalı şəkildə mənfi hal kimi dəyərləndirilə bilməz. O. Bunu Lent.az-a açıqlamasında deyib: “Çünki bunun həm müsbət, həm də mənfi tərəfləri var. Bu gün əksər inkişaf etmiş ölkələrdə belə bu xidmətdən istifadə edilir. Bu gün Azərbaycanda elə orta məktəblər var ki, orada təhsil alan şagirdlərə repetitora müraciət etməyə ehtiyac qalmır. Sadəcə olaraq həmin məktəblərin illik ödəniş səviyyəsi hər ailənin büdcəsinə uyğun olmur. Ancaq elə orta məktəblərimiz də var ki, orada şagirdlər ödənişsiz təhsil alırlar və keyfiyyət də yüksəkdi. Hazırda bunlar pilot məktəblər də adlanır. Orada təhsil alan şagirdə yenidən repetitora müraciət etməyə ehtiyac yoxdu. Bu, məsələnin bir tərəfidir...”
Psixoloq deyir ki, məsələnin əsas tərəfinə - mənfi psixoloji təsirə gəldikdə isə onu demək olar ki, bu müddət ərzində əksər valideyn və şagirdlərin düşüncələrində belə bir fikir formalaşmağa başlayıb ki, repetitor yanına getmədən ali məktəbə qəbul qeyri-mümkündür: “Bu gün ən böyük problemdə budur. Bunun mənfi psixoloji təsiri şagirddə özünəgüvənin aşağı düşməsinə səbəb olmasıdır. Ona görə də düşünürəm, orta məktəblərdə təhsilin keyfiyyətini artırmaq lazımdır. Nəticədə insanlarda məktəbə, ümumiyyətlə təhsil sisteminə inam artacaq, digər tərəfdən isə şagirdlərin özlərinin psixoloji durumuna müsbət təsir göstərəcək. Çünki hər valideyn övladını repetitor yanına göndərmək iqtidarında deyil. Bu da ailədaxili ciddi konfliktlərə gətirib çıxarır, valideynlərin psixoloji durumuna mənfi təsir göstərir. Beləliklə, bir növ zəncirvari proses yaranır...”
“Məktəblər etimadı doğrultmalıdırlar”
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, İnşaat və Memarlıq Universitetinin rektoru Gülçöhrə Məmmədova isə Lent.az-a bildirib ki, repetitorlara müraciətlərin çoxalmasının əsas səbəbkarları valideynlərdir ki, onlar da buna məcburdurlar: “İndi Azərbaycan ali məktəblərində müəyyən fakültələr var ki, onlara qəbul olmaq üçün yüksək bal tələb olunur və bu balı toplamaq üçün də əksər orta məktəblərin tədris proqramları, hazırlığı cavab verəcək səviyyədə deyil. Bu ballar da əsasən humanitar ixtisaslarda müşahidə olunur, texniki ali məktəblərdə yüksək bal tələb olunmur. Valideynlər də övladlarını həmin fakültələrə hazırlamaq üçün repetitorlara müraciət etməli olurlar. Çünki müasir dövrdə bu hazırlıq ancaq repetitorlar vasitəsilə başa gəlir”. Millət vəkili bildirir ki, valideynlər övladlarına reytinqi yüksək olan ali ixtisas seçdikləri an dərhal məcbur olurlar ki, repetitorlara müraciət etsinlər: “Çünki onlarda orta məktəblərə inam qalmayıb”. G.Məmmədova deyir ki, bütün bunlar o demək deyil ki, repetitorlarsız ali məktəbə qəbul olmaq mümkün deyil: “Kimsə fikirləşirsə ki, yüksək reytinqli ixtisaslara qəbul olmaq üçün mütləq daim repetitor olmalıdır, bu, tamamilə yanlış fikirdir. Bizim eyni zamanda həm şəhərlərdə, həm də ucqar bölgələrdə elə gözəl orta məktəblərimiz var ki, onlar yüksək səviyyədə abituriyent hazırlaya bilərlər. Ona görə də biz ənənəvi qaydada məktəblərimizə daha çox inanmalıyıq, orta məktəbi yüksək formada bitirməliyik. Məktəblər əvvəllər olduğu kimi yenidən etimadı doğrultmalıdırlar”. Deputat bu məsələni həll etmək üçün konkret qanunlarla qadağa qoymağın tərəfdarı deyil. Onun sözlərinə görə, mövcud qaydalar çərçivəsində ciddi şəkildə Təhsil Nazirliyi səviyyəsində, hökumət səviyyəsində bu məsələnin üstünə düşülməlidir: “Burada başlıca məsuliyyət orta məktəblərin üzərinə düşür. Onlar etimadı elə doğrultmalıdırlar ki, şagirdlər repetitorlara möhtac olmasınlar. Eyni zamanda cəmiyyət də az məsuliyyət daşımır. Cəmiyyət özü də orta məktəb amilindən uzaqlaşmamalıdır, dəstək olmalıdırlar. Çünki orta məktəb təhsili, orta məktəb həyatı insan həyatında mühüm rol oynayır”.
Mübariz Aslanov
[email protected]

2449