"Təkrar sərtləşdirməyə hələlik ehtiyac yoxdur" - QƏRARGAH
09 may 2020 18:00 (UTC +04:00)

"Təkrar sərtləşdirməyə hələlik ehtiyac yoxdur" - QƏRARGAH


“Sərt karantin rejiminin tədricən yumşaldılması nəticəsində ikinci dalğanın baş verməsi gözlənilən idi”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı  bildirib.

R. Bayramlı deyib ki, bugünkü göstəricilər belə deməyə əsas verir ki, təkrar sərtləşdirməyə hələlik ehtiyac yoxdur: “Metronun açılması ilə bağlı da tibbi göstərişlər hazırlanıb. Xəstəxanalarımız tam hazır vəziyyətə gətirilib, təchizat məsələləri həll olunub. Amma bu, vətəndaşlarımızın məsuliyyətindən daha çox asılıdır. Bu gün sərtləşməyə ehtiyac olmasa da, gələcəkdə vətəndaşlarımızın məsuliyyəti ilə bağlı sərtləşdirmə tətbiq oluna bilər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6996
avatar

Oxşar yazılar