"Müdir deyir icazə alımışam" - amma  CƏRİMƏ OLUNDU
04 may 2020 15:44 (UTC +04:00)

"Müdir deyir icazə alımışam" - amma CƏRİMƏ OLUNDU

Karantin rejiminin iki aya yaxındır davam etməsinə baxmayaraq, hələ də bəzi insanlar şəhərdə harasa gedərkən saxlanılıb cərimə olunmasının səbəbini aydınlaşdıra bilmir.
Lent.az-ın redaksiyasına mövzu ilə bağlı müraciət edən Samir Vəliyev bildirib ki, müdiri onun üçün icazə aldığı üçün rahat şəkildə işinin arxasınca gedə biləcəyini düşünüb: “İcazəm olduğunu düşündüyüm üçün sərbəst hərəkət edirdim. Bu dəfəki çıxışımda yolda tutuldum və məlum oldu ki, mənim icazəm ləğv olunub. 100 manat cərimə olundum. Müdir isə deyir ki, cərimə olunmağının səbəbi mən deyiləm. Çünki icazəni almışam”.       
Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev Lent.az-a bildirib ki, bu məsələ ilə bağlı əhaliyə kifayət qədər məlumat verilib. 
Belə ki, problemin səbəbinin kökündə əmək müqavilələri olmayan çalışanlara icazələrin alınması ilə bağlı olub. 
O bildirib ki, bəzi işəgötürənlərin rəsmi əmək müqaviləsi olmadan öz əməkdaşları olmayan şəxsləri sistemə daxil etməklə icazə aldıqlarına dair faktlar var.

Qeyd edək ki, aprel ayının hələ əvvəllərində Agentlik tərəfindən aparılan təhlillər nəticəsində sistemdə nə əmək, nə də xidməti müqavilələri olmayan şəxslərin olduğu müəyyən edilmişdi. Bu səbəbdən bəzi təşkilatlara əvvəlcədən verilən icazələrin bəziləri geri qaytarılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3336
avatar

Oxşar yazılar