“İmtahanların keçirilməsi, ali təhsil sistemində yay imtahan sessiyasının təşkili, müxtəlif məqsədli müsabiqələrin keçirilməsi mövcud vəziyyətə uyğun yeni qaydalara və yeni normalara uyğun keçiriləcək”.
APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Təhsil naziri Ceyhun Bayramov deyib.
Nazir bildirib ki, bununla bağlı normalar hazırlanıb.
“İlkin olaraq beynəlxalq təcrübə nəzərə alınmaqla, Dövlət İmtahan Mərkəzi (DİM) belə kütləvi tədbirlərin keçirilməsinə dair yeni qaydalar hazırlayaraq Operativ Qərargaha təqdim edib. Operativ Qərargahda bu məsələyə baxılıb. Tibb sahəsindən olan həmkarlarımız müvafiq təkmilləşmələr edərək, sənədi təsdiq olunması üçün Nazirlər Kabinetinə təqdim ediblər. Yaxın zamanlarda bu sənədin təsdiq edilməsi planlaşdırılır”, - C. Bayramov vurğulayıb.