“Koronavirusla Mübarizəyə Dəstək Fondunun əsas işi təbliğat olacaq”.
APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın Koronavirusla Mübarizəyə Dəstək Fonduna həsr edilmiş mətbuat konfransında Fondun İctimai Nəzarət Şurasının üzvü Fərhad Bədəlbəliyi bildirib.
F. Bədəlbəyli deyib ki, insanların koronavirusun böyük təhlükə olduğunu başa düşməsi üçün hər şey ediləcək: “Müxtəlif sosial roliklər, sənədli filmlər də çəkilə bilər. Biz Fondun vəsaitlərinin şəffaf xərclənməsinə nəzarət edəcəyik və mən buna söz verirəm”.