"Bu xəstəliyin şəfası tövbə etməkdir" - Özünə qeyri-adi maska düzəltdi - FOTO
08 may 2020 19:55 (UTC +04:00)

"Bu xəstəliyin şəfası tövbə etməkdir" - Özünə qeyri-adi maska düzəltdi - FOTO

Türkiyənin Sakarya vilayətində bir vətəndaşın su balonu və tualet borusundan düzəltdiyi maska diqqəti özünə cəlb edib.

Lent.az yerli KİV-ə istinadla xəbər verir ki, Pamukova qəsəbəsində yaşayan şəxs 5 litrlik su balonu və tualet borusu ilə özünə maska düzəldib. Onun üzərinə yazdığı “Bu xəstəliyin tək şəfası tövbə etməkdir” kəlməsi isə xüsusilə diqqəti özünə cəlb edib.

Həmin vətəndaşı görənlər onunla şəkil çəkdirib. Bazarda alış-veriş edən bu qeyri-adi görkəmli adam sonra ərazini tərk edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5199
avatar

Mehman Nəbiyev

Oxşar yazılar