31 iyul - 3 avqust tarixində Qurban bayramı ilə əlaqədar "ASAN xidmət" və "ASAN Kommunal" mərkəzlərində qeyri-iş günü olacaq.
"ASAN xidmət"dən APA-ya verilən məlumata görə, 4 avqust tarixindən etibarən vətəndaşlar müvafiq qaydalar əsasında mərkəzlərə müraciət etməklə xidmətlərdən yararlana bilərlər. Belə ki, 27 aprel tarixindən “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində vətəndaşların qəbulu "ASAN xidmət" mobil tətbiqi, www.asan.gov.az saytı və 108 Çağrı Mərkəzi vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir.