Azərbaycanda səfərdə olan Rusiya Federasiyası Dövlət Dumasında Kommunist Partiyası fraksiyasının sədri Gennadi Züqanovun başçılıq etdiyi nümayəndə heyəti Heydər Əliyev Mərkəzində olub.
Lent.Az-ın prezidentin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Gennadi Züqanova Heydər Əliyev Mərkəzi haqqında məlumat verilib
Mərkəzdə yaradılmış Heydər Əliyev Muzeyi qonaqlarda böyük maraq oyadıb.
Nümayəndə heyətinin üzvləri Mərkəzdə həmçinin “Azərbaycan inciləri” sərgisi ilə tanış olublar.
Qonaqlar Mərkəzin “Auditorium” zalı ilə də tanış olublar.
Gennadi Züqanov Mərkəzin Xatirə kitabına ürək sözlərini yazıb.