Zaxarova Türkiyənin Qarabağ münaqişəsinin həllinə cəlb edilməsindən söz açdı
21 iyul 2016 17:57 (UTC +04:00)

Zaxarova Türkiyənin Qarabağ münaqişəsinin həllinə cəlb edilməsindən söz açdı

 

“Türkiyənin və ya hər hansı digər ölkənin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə cəlb edilməsi həmin ölkənin danışıqlar prosesinə verəcəyi konstruktiv töhfədən asılıdır”.

 

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi ənənəvi brifinqdə deyib. “Əgər dövlət münaqişənin tənzimlənməsinə pozitiv nəsə əlavə etmək istəsə, düşünürəm ki, burada hər hansı problem ola bilməz. Lakin bir daha deyirəm, əgər söhbət konstruktiv töhfədən gedirsə”, - deyə o, söyləyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 171
avatar

APA Baycan

Oxşar yazılar