Azərbaycanın müdafiə naziri Zakir Həsənov Rusiyaya səfərə gedib.
Lent.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, noyabrın 10-da general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyinin Müdafiə nazirləri Şurasının noyabrın 11-də keçiriləcək növbəti iclasında iştirak etmək üçün Moskva şəhərinə yola düşüb.