Zakir Həsənov Böyük Britaniya səfiri ilə görüşüb
03 sentyabr 2015 17:41 (UTC +04:00)

Zakir Həsənov Böyük Britaniya səfiri ilə görüşüb

0

Sentyabrın 3-də Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İrfan Siddiq ilə görüşüb. Lent.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın işğal edilmiş ərazilərindəki qondarma separatçı rejimin nümayəndələrinin bəzi beynəlxalq qurumlar tərəfindən qəbul edilməsinin narahatçılıq doğurması ifadə olunaraq, bölgədəki hərbi-siyasi vəziyyət, ölkələrimiz arasında hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsi aparılıb.

 

Eyni zamanda Zakir Həsənovun Böyük Britaniyaya planlaşdırılan səfəri barədə məsələlər də müzakirə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 439

Oxşar yazılar