Yunanlar ermənilərin arzusunu ürəyində qoydu
10 sentyabr 2014 15:24 (UTC +04:00)

Yunanlar ermənilərin arzusunu ürəyində qoydu

Yunanıstan parlamenti “Ksenofobiya əleyhinə mübarizə” adlı qanun qəbul edilib.

 

APA-nın Yunanıstan KİV-nə istinadən verdiyi xəbərə görə, layihənin qəbulunda iştirak edən 99 millət vəkilindən 3-ü bitərəf qalıb, 42-si layihənin əleyhinə, 54-ü isə lehinə səsə verib.

 

Qəbul olunmuş qanunda göstərilib ki, beynəlxalq məhkəmələr və Yunanıstan parlamentində tanınan soyqırımları mediada aşağılayanlar, inkar edənlər, Xolokost kimi cinayətləri rədd edənlər və bu məsələ ilə bağlı aksiyalara imkan verənlər dil, din, irq, rəng və cinsiyyət ayrı-seçkiliyi edənlərə pul və həbs cəzası veriləcək. Bu məsələ ilə bağlı pul cəzası 5-20 min avro, həbs cəzası isə 5-10 ay arasında olacaq.

 

Qeyd edək ki, bu qanun layihəsi 3 ilə yaxın müzakirə olunub. Layihənin son vəziyyətində Yunanıstan parlamentinin tanıdığı "Pontuslu yunan və Anadolu yunan soyqırımı" və "erməni soyqırımı" ifadələri çıxarılıb. Bunun əvəzinə isə sadəcə "Yunanıstan parlamentinin tanıdığı soyqırımlar" ifadəsi işlədilib. Həmçinin "bu məsələlərə tarixi prizmadan yanaşanlar və elmi araşdırma ilə məşğul olanlara bu qanun şamil olunmayacaq" maddəsi əlavə olunub.

 

Xatırladaq ki, Yunanıstan parlamenti qondarma "erməni soyqırımı"nı tanımayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2046
avatar

Oxşar yazılar