Yeni bir müharibə dalğası...
18 sentyabr 2014 11:17 (UTC +04:00)

Yeni bir müharibə dalğası...

 

Hal-hazırkı şərait II Qarabağ müharibəsinin başlanması reallığını inkar edir. Dünya gücləri bölgədə müharibə başlanması istəyində deyillər. Azərbaycan isə son zamanlar baş verən hadisələrdə yenə öz prinsipial mövqeyini ortaya qoyaraq bir daha göstərdi ki, biz güclüyük, eyni zamanda humanist  siyasət yeridirik.  Amma beynəlxalq hüquq tətbiq olunmazsa, öz torpaqlarımızı azad edəcəyik.

Müharibə başlanmasına Rusiya və ABŞ-n mövqeyini aşağıdakı şəkildə ifadə etmək mümkündür:

1)    Böyük ehtimalla regionda müharibənin başlanması hələ ki ABŞ üçün arzuolunan deyildir. Çünki ABŞ regiondakı vəziyyəti kontrol etmək səlahiyyətinə malik deyil. Belə bir müharibə olsa hadisəyə ən tez müdaxilə edəcək güc məhz Rusiyadır. Rusiyanın həm müharibənin içərisində olması, həm də regiona yaxın yerləşməsi buna imkan yaradır.  Belə bir amil isə ABŞ-ın regiona ümumi nəzarətinin itməsi deməkdir. Digər tərəfdən isə Ukraynadakı Rusiya aqressivliyini azaltmaq üçün bu imitasyon ABŞ üçün maraqlı ola bilər.

2)   Münaqişənin “açar dövlət”i hesab olunan Rusiya üçün müharibə bir tərəfdən mövcud vəziyyəti nəzarətə almaq baxımından onun istifadə edəcəyi ən uyğun vasitədir. Rusiya bu regionda ABŞ təsirini yox etməyə çalışır. Ukrayna hadisələri sübut edir ki,  Şimal ayısı ABŞ ssenarilərini hər vəchlə təzyiq, yaxud müharibə yoluyla dəf etməyə istiqamətlənir.  Əgər müharibə baş tutarsa bu bir növ Rusiya və ABŞ-ın dayandırma cəhdi kimi yozula bilər. Lakin nəzərə almaq lazımdır ki, Azərbaycan Rusiya üçün strateji tərəfdaşlıq, mütəffiqlik amilidir. Azərbaycan Rusiyasız, Rusiya da Azərbaycansız regional əməkdaşlığı, sabitliyi təmin edə bilməz.  Azərbaycansız bu gün Ermənsitan Rusiya üçün heç nə ifadə etmir. Ona görə Emənistan Avrasiya İttifaqının qapısının arxasında saxlanılır.  Bu fakt da Rusiya tərəfini müharibə reallığını daha dərindən düşünməyə vadar edir. Qeyd etmək mümkündür ki, Rusiya artıq Ermənistanı “qardaş dəstəyindən” məhrumetmə niyyətindədir. Ermənistan tərəfkeşliyi Rusiyanın Azərbaycan kimi regional müttəfiqi itirməsinə səbəb ola bilər. Bu isə öz növbəsində humanist siyasət nümayiş etdirməyə çalışan Rusiyanın Ukrayna ilə alt-üst olan imicinin tamamilə itirilməsi deməkdir. Bu baxımdan Rusiya hələ ki regionda müharibə başlamasının tərəfdaşı olmayacaqdır. Cəbhə xəttində baş verən gərginliklə bağlı ölkə başçılarını tez bir zamanda üçtərəfli görüşdə toplamaqla sülhpərvər siyasət sərgiləməyə çalışdı.

Ümumilikdə isə erməni lobbisinin güclü olduğu ABŞ, Ermənistanı öz qəyyumluğuna alan Rusiya və  Ermənistanı “bacısı” elan edən Fransadan ibarət Minsk qrupunun obyektiv bir mövqe sərgiləməsi bir qədər şübhəlidir. Müxtəlif sülh yollarının irəli sürülməsinə baxmayaraq vəziyyət yenə də sabitdir.

Reallaşan enerji layihələrinin davamlı təhlükəsizliyinin təmin olunması yalnız Azərbaycanın deyil, ABŞ və Qərbin də maraq dairəsində olmalıdır. Lakin təəssüf ki, Qərb problemin həllinə dair qətiyyətli mövqe nümayiş etdirmir, münaqişənin region üçün nə cür təhlükə yaratdığını müyyənləşdirə bilmir, yaxud buna cəhd göstərmir.

 

Nailə Məmmədova

Azerbaijan Realities

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 657
avatar

Oxşar yazılar