YAP: Prezident seçkiləri ilə bağlı mövqeyimiz birmənalıdır
09 yanvar 2013 17:09 (UTC +04:00)

YAP: Prezident seçkiləri ilə bağlı mövqeyimiz birmənalıdır

“2013-cü il siyasi baxımdan Azərbaycan xalqı üçün mühüm əhəmiyyət kəsb edən əlamətdar bir tarixdir. Bəlli olduğu kimi, bu il ölkəmizdə prezident seçkiləri keçiriləcək. Prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının mövqeyi birmənalıdır: partiyamızın sədri, prezident İlham Əliyevin namizədliyinin irəli sürüləcəyi ilə bağlı mövqe elan edilib”.

 

Lent.az-ın məlumatına görə, bunu yap.org.az saytına müsahibəsində Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini Mübariz Qurbanlı bildirib. YAP rəsmisi bildirib ki, YAP hər zaman seçkilərə hazır partiya kimi dəyərləndirilir: “Heç şübhəsiz, bütün bunlar 2013-cü ildə keçiriləcək prezident seçkilərində də öz əksini tapacaqdır və Yeni Azərbaycan Partiyasının sədri, prezident İlham Əliyev növbəti dəfə xalqımızın alternativsiz seçimi olacaq. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasətin nəticəsi kimi, bu gün Azərbaycan dinamik iqtisadi inkişaf tempinə malikdir, ölkəmiz beynəlxalq münasibətlərdə nüfuzlu dövlət, etibarlı strateji tərəfdaş, ictimai-siyasi sabitliyin yüksək səviyyədə təmin edildiyi, tolerant dövlət kimi tanınır. Prezident İlham Əliyev beynəlxalq miqyasda nüfuzlu lider kimi qəbul edilir. Azərbaycan cəmiyyətində də dövlətimizin başçısına yüksək inam var. YAP 2013-cü ildə keçiriləcək prezident seçkilərinə hazırlıqlarını davam etdirəcək”.

 

M. Qurbanlının sözlərinə görə, prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər, əldə edilmiş dinamik inkişaf təkcə cəmiyyətimiz deyil, eyni zamanda, beynəlxalq ekspertlər, reytinq agentlikləri tərəfindən də yüksək səviyyədə qiymətləndirilir. “Bu isə deməyə əsas verir ki, Prezident İlham Əliyev cari ildə keçiriləcək prezident seçkilərində xalqımızın yüksək səviyyəli dəstəyi ilə qələbə qazanacaq”-deyə, icra katibinin müavini əlavə edib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 658
avatar

Oxşar yazılar