YAP 13 deputatının namizədliyini yenidən irəli sürmədi
15 sentyabr 2015 19:08 (UTC +04:00)

YAP 13 deputatının namizədliyini yenidən irəli sürmədi

0
 
Yeni Azərbaycan Partiyası bu il Milli Məclisə seçkilərə 8 dairədən namizəd verməyib və bunun səbəblərini açıqlayıb. Bundan başqa, YAP hazırkı deputatlarından 13-nün namizədliyini yenidən irəli sürməyib.

YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov APA-ya açıqlamasında partiyanın 8 dairədən namizəd irəli sürməməsinə aydınlıq gətirib: "Həmin dairələrdən birində - Xankəndidə YAP-ın təşkilatı yoxdur. Digər 7 dairədə isə oradan namizədliklərini irəli sürmüş tanınmış şəxslərə, ziyalılara hörmət əlaməti olaraq  alternativ namizəd vermək istəmədik".  

 

S. Novruzov bildirib  ki, parlamentdə hazırda YAP-ın 71 mandat yeri var: "Bunlardan 5 yer boşalmışdı. Bir nəfər vəfat etmiş, bir nəfər mandatından imtina etmiş, digərləri vəzifəyə təyin olunmuşdu. Boş yerlərə və daha 13 yerə partiya yeni namizəd irəli sürüb. YAP-ın hazırkı 53 deputatının namizədliyi isə təkrar irəli sürülüb”.

 

S. Novruzov deyib ki, YAP-dan irəli sürülən namizədlərin böyük əksəriyyəti gənclər və qadınlar təşkil edir: “Namizədlərimizdən 25-i qadındır”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 410

Oxşar yazılar