Xocalı qurbanları Braziliyada anıldı
22 fevral 2017 01:46 (UTC +04:00)

Xocalı qurbanları Braziliyada anıldı

Cari ilin 21 fevral tarixində Azərbaycanın Braziliyadakı səfirliyi tərəfindən səfirliyin binasında, “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində hazırlanmış, bu faciəvi hadisələrə həsr olunmuş fotosərgi təşkil edilib. Azərbaycanın Braziliyadakı səfirliyindən Lent.az-a verilən xəbərə görə, tədbir çərçivəsində həmçinin, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqəsinə aid müxtəlif dillərdə dərc olunmuş kitab sərgisi də təşkil olunub. Tədbirdə Braziliya ictimaiyyətinin tanınmış şəxsləri, o cümlədən parlamentin aşağı və yuxarı palatalarının nümaynədələri, yerli diplomatik korpusunun üzvləri və müxtəlif universitlərdən müəllim və professor heyyəti iştirak edib. Qonaqlara “Xocalıya ədalət” kampaniyası çərçivəsində bir sıra səfirliklərimizin dəstəyi ilə hazırlanmış videoçarx nümayiş etdirildi və portuqal dilində tərtib edilmiş bukletlər paylanılıb.     

 

Tədbiri giriş nitqi ilə açan səfir Elxan Poluxov Xocalı faciəsi, Xocalıya Ədalət beynəlxalq kampaniyası və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı məlumat verib. O, Leyla Əliyeva tərəfindən 2008-ci ildə başlanan bu kampaniyanın bütün dünyada böyük uğurla həyata keçirildiyini bildirib. Səfir Leyla Əliyevanın təşəbbüsü nəticəsində Xocalı soyqırımının bir çox ölkələr tərəfindən tanındığını və tanınmaqda davam etidiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

 

Sonra səfir  dünyada hələ də ikili standartların mövcud olduğunu dilə gətirərək, Xocalı soyqırımının təşkilatçılarının məsuliyyətə cəlb edilməsinə eyni zamanda, dünyada belə dəhşətli hadisələrin təkrar edilməsinə yol verilməməsinə çağırıb.                       

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 210
avatar

Oxşar yazılar