XİN Fransada törədilmiş terror aktını pislədi
07 yanvar 2015 18:37 (UTC +04:00)

XİN Fransada törədilmiş terror aktını pislədi

 

“Terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir”.

 

APA-nın məlumatına görə, bunu APA-ya Azərbaycan XİN-in sözçüsü Hikmət Hacıyev Fransada “Charlie Hebdo” qəzetinin redaksiyasında baş vermiş terror aktına münasibət bildirərkən deyib.

 

“Fransada törədilmiş terror aktını qəti şəkildə pisləyirik. Bu terror aktı zamanı həlak olanların ailələrinə, Fransa xalqına dərin hüznlə baş sağlığı veririk, yaralananların isə tezliklə şəfa tapmasını arzu edirik”, – deyə H. Hacıyev qeyd edib.

 

O vurğulayıb ki, heç bir halda terror əməllərinə bəraət qazandırıla bilməz: “Azərbaycan terrorizmə qarşı mübarizədə beynəlxalq ictimaiyyətin səylərini yaxından dəstəkləyir və bu mübarizəyə öz töhfəsini verir”.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 156

Oxşar yazılar