Azərbaycan vətəndaşlarının Türkiyə ərazisindən Suiryaya keçmək cəhdi ilə bağlı məsələnin araşdırılması üçün Azərbaycanın Türkiyədəki diplomatik nümayəndəliyi tərəfindən lazımlı tədbirlər görülür. Bunu APA-ya açıqlamasında Azərbaycan XİN-in mətbuat xidməti rəhbərinin vəzifəsini icra edən Hikmət Haciyev deyib. “Hazırda məsələ araşdırılır. Bununla əlaqədar Türkiyənin rəsmi dövlət qurumları ilə təmaslar davam etdirdilir” – diyə o, söyləyib.
Xatırladaq ki, “İslam Dövləti” ("İŞİD") qruplaşmasına qoşulmaq üçün Suriyaya keçməyə cəhd etdikləri iddia olunan 4 Azərbaycan vətəndaşı Türkiyənin Kilis bölgəsində saxlanılıb.