<span style="color:red;">XİN : “Azərbaycan İspan Krallığının suverenliyini dəstəkləyir”
28 oktyabr 2017 11:35 (UTC +04:00)

XİN: “Azərbaycan İspan Krallığının suverenliyini dəstəkləyir”

“Azərbaycan Respublikası İspan Krallığının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini dəstəkləyir”. Lent.az-ın məlumatına görə, bunu Azərbaycanın XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

 

O, Azərbaycanın mövcud vəziyyətin İspaniya Krallığının konstitusiyası və qanunları əsasında sülh yolu ilə həllinin tərəfdarı olduğunu bildirib: “Xalqın və mərkəzi hakimiyyətin iradəsinə zidd olaraq ölkənin konstitusiyası və qanunlarının pozulması ilə müşayiət olunan ölkənin ərazi bütövlüyünün birtərəfli pozulması cəhdləri qəbuledilməzdir”.

 

XİN-nin sözcüsü Azərbaycanın artıq 30 ilə yaxındır bundan əziyyət çəkdiyini də qeyd edib: “80-ci illərin sonlarında ermənilərin Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətində başladığı separatizm həmin dövr SSRİ konstitusiyası və Azərbaycan SSR qanunlarının kobud pozulması ilə müşayiət olunurdu. Bu xüsusda  DQMV-də köklü Azərbaycan əhalisinin etnik təmizlənməsi, onlara qarşı zorakılıq və terror əməllərinin törədilməsindən sonra Azərbaycan xalqının iradəsinə zidd olaraq 1991-ci ilin 10 dekabrında Dağlıq Qarabağın yalnız erməni icmasının iştirakı ilə regionun müstəqilliyi haqda qanunsuz və qeyri-legitim referendum keçirildi. Azərbaycan və Ermənistanın SSRİ-nin dağılmasından sonra müstəqillik əldə etməsi ilə Ermənistan Azərbaycana qarşı açıq müharibəyə başladı və Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunu işğal etdi və işğal edilmiş ərazilərdə köklü Azərbaycan  əhalisinə qarşı etnik təmizləmə törətdi. Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalı hələ də davam edir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 142
avatar

Oxşar yazılar